logo beyaz
Blog - biri var idi
Blog | _HAQQ_YOLU_ | biri var idi
Biri var idi, biri yox idi. Uzaq ölkələrin birində bir oğlan var idi. Uşaqlıqdan atası ilə tarlada əkinçilik edən oğlanın bircə arzusu var idi. Dənizi görmək istəyirdi. O heç vaxt dəniz görməmişdi. Və ən böyük arzusu dənizin sahilində ayaqlarını isladıb dalğaların səsinə qulaq asmaq idi. Amma o hələ balaca idi. Kəndin qanunlarına görə yalnız 18 yaşından sonra ata evini tərk edə bilərdi.
Uzun illər dəniz arzusu ilə böyüyən oğlan 18 yaşına çatanda atası ilə sağollaşıb evdən çıxır. O dənizi axtarmağa gedir. Az gedir, üz gedir, 3 yol ayrıcına çıxır. Oğlan sol yolu seçib getməyə başlayır. Az gedir uz gedir dərə-təpə düz gedir, gəlib çıxır öz kəndləri kimi bir kəndə. Uzun yolçuluq onu əldən salır, azuqəsi də qurtardığına görə dincəlməyə məcbur olur. Elə həmin an yanından çox gözəl bir qız keçir. Qıza ilk baxışdan vurulan oğlan onunla evlənir. Sonra qızı da götürüb qayıdır evlərinə. Bir neçə il xoşbəxt yaşayırlar. Lakin sonra oğlan başa düşür ki, gözəl ailəsi olsa da ən böyük arzusu hələ ürəyində qalıb. Axı o dənizi görmək istəyirdi. Bunu sevgilisinə danışıb yenidən yola çıxır. Bu dəfə həmin 3 yoldan “düz” yol ilə gedir. Az gedir uz gedir , dərə-təpə düz gedir gəlib çıxır böyük bir şəhərə. O həyatında ilk dəfə şəhər görür. Burada işə düzəlib bir neçə ilə xeyli pul qazanır. Sonra var dövlətini yığıb qayıdır ailəsinin yanına. Kiçik daxmalarını söküb yerində gözəl bir ev tikir. Sonra çoxlu uşaqları olur. Onlar xoşbəxt yaşayırlar. İllər keçir oğlan artıq yaşa dolur. Həyatın ağrısını sevincini görmüş insana çevrilir. Uşaqları da artıq böyüyüb evlənirlər. Amma kişinin ürəyindəki arzu onu rahat yatmağa qoymur. O həyatının yarısını yaşayıb amma hələ də dənizi görməyib. Yenə ailəsini yığıb məsləhtləşir, sonra yola çıxır. Bu dəfə də kəddən çıxanda həmin üç yolla qarşılaşır. Və bu dəfə “sağ” yolu seçir. Az gedir üz gedir, dərə-təpə düz gedir gəlib çıxır xarabalıq bir
1 2 >
« Əvvəlki (1719 - 8033) Növbəti »
Yaradıldı: 10 Fevral 2019 Saat 20:11
Reytinq: 13
[ 3] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _HAQQ_YOLU_ | biri var idi
Ana Sehife
Saytda: 4 & 85 Qaydalar
comp WEB Versiya