logo beyaz
Blog - ¤☆¤☆¤☆¤☆¤
Blog | | ¤☆¤☆¤☆¤☆¤
Həyat iksiri
Allahı zikr etmək dirilik suyudur. Davamlı olaraq zikr etmək insanın can və ruhunu yaşıl çöllüklər kimi canlandırır. Allahı zikr etməyi tərk etmək isə insanın ilahi vilayətdən xaric olmasına səbəb olur və şeytan ona nüfuz edir. Şeytan insanın vücuduna nüfuz etdikdə onun qəlbini qurumuş çöllüyə çevirməyincə əl çəkmir.
Allahı zikr etmək kamil şəkildə gerçəkləşsə, insana sağlam təfəkkür bağışlayır və onun üçün hərəkət gətirir.
Ona görə də Mütəal Allah ağıl sahiblərini vəsf etdikdə əvvəl onları zikr əhli, sonra təfəkkür əhli kimi tanıdır.
“Ağıl sahibləri o kəslərdir ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (“Ali-İmran” surəsi, ayə 191)
« Əvvəlki (1719 - 8034) Növbəti »
Yaradıldı: 11 Fevral 2019 Saat 16:01
Reytinq: 4
[ 1] [ 0]
Şərhlər
Blog | | ¤☆¤☆¤☆¤☆¤
Ana Sehife
Saytda: 16 & 304 Qaydalar
comp WEB Versiya