_HAQQ_YOLU_
Xarici görünüşün necə olursa olsun, içindəki yaxşı niyyət səni dünyanın ən gözəl insanı edər. Haqq Yolu 9 Mart 2019 Saat 20:45
0 10 lövhəsi (8)
_HAQQ_YOLU_
(6 Aprel 2019 Saat 11:36)
Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
_HAQQ_YOLU_
(6 Aprel 2019 Saat 11:31)
Ağlım təzə-təzə kəsirdi hələ
Sən vara, dövlətə satanda məni.
Məhəbbət yandırıb kül eləmişdi
On səkkiz yaşıma çatanda məni.
Saçımda dolanan dən idin onda
Gözumdə dumandin,çən idin onda
Özündən xəbərsiz sən idin onda...
Axtaran da məni, atan da məni.
_HAQQ_YOLU_
(6 Aprel 2019 Saat 11:28)
yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.
Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur
_HAQQ_YOLU_
(18 Mart 2019 Saat 21:34)
Pulun Yoxdursan Bir Gun Hekes Seni Tek Qoyacag Seni
Pulun Yoxdursa Zarafatlarina Heckim Gulmeyecey Getdikleri Yere Seni Devet Etmeyeceyler
Seni Ciddiye Alan Olmayacag
Evine Qonag Gelmeyecey
Telefonuna Zengler Gelmeyecey
Qiz Istesen Pulun Yoxdur Deye Vermeyeceyler
AMMA Pulun Varsa Herkes Etrafina Yigilacag Etdiyin Hettda Dusuy ve Yersiz Zarafata da Gulecekler
Sevdiyin Qiza Elci Getsen Ailesi Hec Dusunmeden Qizi Verecekler
Hami Arasinda Hormetin Olacag
Kim Hara Getse Birinci Seni Aparacaglar
Telefonuna Gelen Zengler Dayanmayacag
Hami Qardas Deyecey Tanimadigin Qohumlar Peyda Olacag
Cox Sade Budur Heyat Pul Insani nece Deyisir HeYATDA
_HAQQ_YOLU_
(18 Mart 2019 Saat 21:20)
Bu ayrılıq deyil hə?
Söylə bəsnədir?
Ayrılığımın külü basım üstədir
Gülüm, talehin qisməti belə istədi
Bu esqin kitabın bağla, gedirəm
Qulaq as qəlbimin dərdi, sərinə
Sevgini pay vermə basqa birinə
Yenə gəl əvvəlki görüs yerinə
Qarsımda son dəfə ağla, gedirəm