logo beyaz
Blog - İNTİQAM
Blog | Men Seninle Her Seye Varam | İNTİQAM
BU BAXIŞLAR...
...
Baxışında bir qəriblik var bu gün,
Üzü dönmüş sərt bir külək kimisən.
Hər sözündə bir gizlilik, bir düyün,
Söylə yarım, nədən sən incimisən...?
....
Bir zamanlar gözümə dik baxardın,
Od düşərdi baxışından qəlbimə.
Əllərinlə saçıma gül taxardın,
İndi sanki dayanmısan qəsdimə...
...
Bahar gəlmiş yurdumun hər yerinə,
Sənsə mənə sərt qış kimi soyuqsan.
Keçmiş sanki üstümüzdən qərinə,
Mən ölərəm, əgər məni unutsan...
...
Bu baxışlar verir mənə dərd, qübar,
Təbib gəlsə çarə etməz dərdimə.
Bir zamanlar məni seçib sevən yar,
İndi nədən, dönük çıxdın əhdinə...?....
« Əvvəlki (4273 - 8033) Növbəti »
Yaradıldı: 6 May 2017 Saat 17:35
Reytinq: 2
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Men Seninle Her Seye Varam | İNTİQAM
Ana Sehife
Saytda: 13 & 64 Qaydalar
comp WEB Versiya