logo beyaz
Blog - gozumun yasi
Blog | Men Seninle Her Seye Varam | gozumun yasi
Nə olsun quruyub gözmün yaşı?
Nə olsun geriyə qayıtmamışam?
Hələ də ağrıyır bağrımın başı,
Mən səni hələ də unutmamışam.˚
***
Nə olsun həyatda keçir illərim,
Solub pəncərədə bütün güllərim.
Adını duyanda əsir əllərim,
Mən səni hələ də unutmamışam.
***
Atmadım gülləri saralsa belə,
Yarpağı quruyub, qaralsa belə.
Yanımda özgəsi var olsa belə,
Mən səni hələ də unutmamışam.
***
Ötən xatirələr məni yandırır,
Qəlbimə od vurub, alovlandırır.
Həzin musiqilər səni andırır,
Mən səni hələ də unutmamışam.
Bilirəm bu sözü deyirsən sən də,
Mən səni hələ də unutmamışam.
« Əvvəlki (4273 - 8034) Növbəti »
Yaradıldı: 6 May 2017 Saat 17:37
Reytinq: 4
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Men Seninle Her Seye Varam | gozumun yasi
Ana Sehife
Saytda: 19 & 232 Qaydalar
comp WEB Versiya