logo beyaz
Blog - SiLinmez_DostluQ
Blog | KOBUD_CENAB | SiLinmez_DostluQ
Bir-birini çox sevən iki səmimi
dost birlikdə yola düşürlər.
Dağlardan, meşələrdən,
çaylardan keçib bir səhraya
çatırlar.
Uzun yol dostlardan birinin
ürəyini sıxmağa başlayır. Eyni
açılsın deyə dostunun boynuna
bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən,
üstəlik də durduğu yerdə şillə
yeyən dost
qumun üstünə " Bu gün ən yaxşı
dostum mənə şillə vurdu " yazır

dostundan " məni niyə vurdun?"
— deyə soruşmadan yoluna
davam edir.
Dostların bitməz-tükənməz
səyahəti səhrada davam edərkən
şillə yeyib
inciyən dost qəflətən bir qum
girdabına düşür. Əvvəlcə ona şillə
vuran dos
t dərhal köməyə gəlir. Qumlar
dostunu girdaba çəkərkən əl
uzadıb onu xilas edir.
Şillə vuran dostunun onu xilas
etdiyini görən yolçu bu dəfə də
bir daşın
üstündə bıçaqla " Bu gün məni ən
yaxşı dostum ölümdən xilas
etdi!"
yazır və belə bir dostu olduğuna
görə Allaha şükür edir.
Bunu görən xilaskar dost isə
sözlərin quma deyil, daşa
yazılmasını heyrətlə qarşılayır və
ona:
— Mən sənə şillə vuranda " Bu
gün ən yaxşı dostum mənə şillə
vurdu!" sözlərini
qumda yazmışdın. Bu gün isə
səni girdabdan xilas edəndə
daşın üstünə "
Bu gün məni ən yaxşı dostum
ölümdən xilas etdi!" yazdın.
Bunun səbəbini öyrənə bilərəm?
— deyə soruşur.
Dostu ona təbəssüm edib:
— Sən mənə şillə vuranda
qəzəblənmədən quma
" Bu gün ən yaxşı dostum mənə
şillə vurdu!" sözlərini yazdım ki,
əsən
küləklər yazını silib aparsın. Məni
girdabdan xilas edəndə isə"
Bu gün məni ən yaxşı dostum
ölümdən xilas etdi" sözlərini
daşlara yazdım ki,
heç bir külək dostluğumuzu silib
aparmasın. Dostluğumuz əbədi
olsun, — deyir.
« Əvvəlki (4273 - 8032) Növbəti »
Yaradıldı: 6 May 2017 Saat 17:25
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | KOBUD_CENAB | SiLinmez_DostluQ
Ana Sehife
Saytda: 16 & 186 Qaydalar
comp WEB Versiya