logo beyaz
Blog - ___________
Blog | _KaYiP_PrEnSeS_ | ___________
Bir qadın olmalı həyatınızda...
Görməkdən bezmədiyiniz...
Dağılmış saçlarını toplamağa çəkinmədiyiniz...
Yanınızdan keçərkən bir damın altında
Təsadüfi toxunuşundan diksinmədiyiniz....
Bir qadın olmalı həyatınızda...
İllər keçsə də
Uşaqcıl ruhunuzu göstərməkdən qaçınmadığınız.
Səhərlər ümidi olduğunuz
Gündüzlər dayağı,
Gecələr həyatının bir anı olduğunuz ...
Göz-gözə gələrkən gözləriniz gülməli
Baxışlarınızla sevməli
Gülüşünüzlə təzim eyləməli....
Bir qadın olmalı...
Elə bir qadın ki...
Sevişmədən
Pillə-pillə
Addım-addım
Nəfəs-nəfəs kəşf elədiyiniz
Sevişməyə tələsmədiyiniz....
Başını çiyninizə qoyub ağlaya bilməli...
Çox böyük səbəbdən deyil,
Sadəcə yanınızda olmanın vermiş olduğu
Hüzur damcıları olmalı...
O yaşlar qəlbinizin közünü ovutmalı....
Arındırmalı bütün kin-nifrətdən...
Məhəbbətlə doldurmalı....
Bir qadın olmalı....
Qəlbinizə imza atmağa tələsməli, kağıza deyil...
Qəlbinizə hökm eləməli, həyatınıza deyil...
Sakit dalğa olmalı, fırtına deyil...
Tərkedilməz gəminin kapitanı kimi
Təlatümlü dalğalarda tərk etməməli...
Limanda belə sakininiz olmalı...
İlk olması önəmli deyil
Son sahibiniz olmalı...
« Əvvəlki (4381 - 8032) Növbəti »
Yaradıldı: 18 Aprel 2017 Saat 22:58
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | ___________
Ana Sehife
Saytda: 17 & 191 Qaydalar
comp WEB Versiya