logo beyaz
Blog - Buda belee
Blog | _KaYiP_PrEnSeS_ | Buda belee
12 - 13 yaşlı qız uşağını özünüzə qadın edəcək qədər kirlisiniz....
Amma gərdəkdən sonra qüsul verib dəstəmaz alıb namaza duracaq qədər temizsiniz öz aləminizdə....
Qadın- qayğıdır,
qadın-şəfqətdir,
qadın-sevgidir....
Qadınları başa düşə, əzizləyə, onlara qarşı səmimi davrana bilmirsinizsə və onları əsirə çevirməyi,
təhsildən, işdən, cəmiyyətdən məhrum etməyi,
onlara hökm etməyi,
evinizə bir qonaq gəldiyi zaman adam yanında özünüzü göstərmək məqsədilə stəkanı stola çırpıb "aaaz mənə bir çay tök" deyib qadınınızı başqasının yanında pərt etməyi,
qadının hüququnu, qürurunu, hissini, duyğusunu tapdalamağı,
özünüz kimi 5-6 nəfərlə içib, gecə saat 3-də evə sərxoş gəlib qapını təpiklə açıb,
ilk olaraq qarşınıza çıxan qadınınıza 2 şillə vurub,
səhərə qədər ona qusuntu vannası daşıtmağı,
ehtirasınızı və enerjinizi çöldəki küçə qadınlarına sərf edib,
qadınınıza xəyanət etməyinizi,
bununla yanaşı enerjisiz, təbii ehtiyacsız halda evə gəlib, sizdən kişi qayğısı və cinsi münasibət gözləyən, eyni yatağı paylaşan qadınınıza "iş yorğunluğu" bəhanəsi ilə arxa çevirib yatmağı və.s kişilik, bunları etməklə də özünüzü kişi hesab edirsinizsə,
sizin insanlığınızda, şəxsiyyətinizdə və kişiliyinizdə böyük problemlər var....
Unutmayın, sizi dünyaya gətirən Ana da qadındır....
Hər şeydən əlavə, heç olmasa sizi və sizin övladlarınızı dünyaya gətirən -ananızın və həyat yoldaşınızın doğum sancısını düşünün və sonra "qadın" adına, qadına necə davranmaq lazım olduğunu müəyyənləşdirin, hörmət qoyun, qayğı göstərin, qadınları sevin......
« Əvvəlki (4380 - 8032) Növbəti »
Yaradıldı: 18 Aprel 2017 Saat 23:04
Reytinq: 10
[ 1] [ 0]
Şərhlər
Blog | _KaYiP_PrEnSeS_ | Buda belee
Ana Sehife
Saytda: 12 & 146 Qaydalar
comp WEB Versiya