logo beyaz
Blog - oxuyun
Blog | _KaYiP_PrEnSeS_ | oxuyun
Bu virtual bəziləri üçün çox "gözəl" aləmdi əslində..Kim özünü necə görmək istəyirsə,o cür təqdim edir burda..Realda avaraçılıqla məşğul olub gününü çayxanalarda keçirən gədəciklər burda özünü iş-güc yiyəsi kimi təqdim edir..
Dildə ALLAH adamı olub da,dini statuslar paylaşan bəzi şərəfsizlər ən böyük ALLAHsızlığı edir burda..
Anasının nə yeyib-içdiyindən bixəbərlər burda anaya aid status yazıb kimlərinsə yanında guya hörmət qazanır..
Direct olmaz yazıb,hələ böyrünə qəzəbli smaylik qoyub da, directde min hoqqadan çıxmadığı oğlan qalmayan bəzi qızcığazlar, sizi də unutmadım..✌
Hansısa qızın paylaşımını bəyənmək və fikir yazmağı özünə padlo bilən bəzi "xanımcığazlar" oğlanların paylaşımlarında yatıb durub,hər paylaşdığına ağızlarının suyunu axıdırlar,elə bil medal asacaq bunların boynundan..
Eyni anda 2-3 qıza "sevirəm" deyən,xəyanətkarın öndə gedəni olan şərəfsizlər gəlib burda sevgidən,dürüstlükdən statlar yazır, canlı edib bəzi başıboş qız-gəlinləri başına toplayıb kişilikdən,adamlıqdan həyat dərsi keçir..Sən get nakişiliyin dərsini keç..Bu sənə daha gözəl yaraşır..Həm sən axı onun məktəbini bitirmisən..
Qız şotuna özünü yığdırıb bir müddətlik də olsa dolanan alfonscuqlar çıxıb burda özünü elə nümayiş etdirir ki,tanımayan beş üstü beş insan sanar bunu..Burda özünü nümayiş etdirincə bəlkə gedib bir az əziyyət çəkib,əyninə şalvar yox a,o bir az bahadı,adicə bir cüt corab almağı bacarasınız, sonra gəlib kişilikdən mühazirə oxuyarsınız...
Realda özündən minqat namuslu qadınlarla, elə öz yaxınları ilə söyüşlə danışan, gəlib burda qadına qarşı qanacaq-tərbiyədən dən vurur..
Kimə göstərirsiniz axı özünüzü?Tanıyan bilir də nə mal olduğunuzu..
Taak bir də,a başıboş bəzi qızlar, əgər guya da sevdiyiniz oğlancıq sizə onun öz paylaşımına və ya canlısına "sən ora heç nə yazma, lazım deyil,nəyə lazım axı,ay belə,ay elə deyirsə,bil ki arxada yediyi qələtlər var..
Əslində isə siz nə qədər gizləsəniz də gec-tez üstü açılacaq yediyiniz qələtlərin..
Mən burda kiminsə paxırını açmıram...
Sadəcə bəzilərinə xəbərdarlığım ayıq olun...
Bəzilərinə də "MəNDəN eHTiYyAtLı oLuN"...
Ən əsası da ALLAHdan qorxun...
« Əvvəlki (4382 - 8032) Növbəti »
Yaradıldı: 18 Aprel 2017 Saat 22:35
Reytinq: 6
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | oxuyun
Ana Sehife
Saytda: 11 & 171 Qaydalar
comp WEB Versiya