logo beyaz
Blog - Bir ovuc sigal cek....
Blog | ^ЦаЦа^ | Bir ovuc sigal cek....
Köhnə pencəyimin cibindən,son görüşdə gözlərini sildiyim dəsmal gözümə dəydi. O balaca dəsmalın içində,milyardlarla duyğu yatırdı sanki. Qoxun hələ də üstündə qalmışdı yarımçıqyanım. İçimə bir çəkişim var idi ətrini,görsən ağlarsan. Ana qucağına həsrət qalmış balaca bir uşağın keçirdiyi hisslərdən fərqi yox idi. Saçından bir tel düşmüşdü dəsmala,canımı yandıran ən çox bu oldu,daramaq olmurdu ovcumda gizlənən saçını. Gözyaşına,gözyaşlarım qarışsın deyə mən də sildim gözlərimi dəsmala. Bəzən elə çox darıxıram ki sənsiz,dərin bir nəfəs alıb,başımı aşağı əyməyim qalır bir tək mənə. Saçlarım sığal yeri darıxır,dön gəl bircə ovuc sığal çək mənə...
« Əvvəlki (321 - 8033) Növbəti »
Yaradıldı: 27 Avqust 2020 Saat 17:08
Reytinq: 9
[ 2] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | ^ЦаЦа^ | Bir ovuc sigal cek....
Ana Sehife
Saytda: 16 & 89 Qaydalar
comp WEB Versiya