logo beyaz
Blog - DeyiLem Canin Ciyerin
Blog | ^ЦаЦа^ | DeyiLem Canin Ciyerin
Nə xəbərin olsun məndən,mən artıq deyiləm canın-ciyərin. Bir qoxun,bir şəklin,bir xəyalın qalıb mənə. Ömrümdən illər ayırdım sənə,səninlə birgə illərim keçdi,getdin,indi ömrümün qalan illərini sənsizliklə keçirdirəm. Bir parça çörək belə,daş kimi keçir boğazımdan. İçdiyim suda boğuluram mən. Mən səni düşünərkən,pəncərədən baxıb,gözlərin kimə baxır kim bilir. Mən öz saçlarıma sığal çəkirəm,əllərinə həsrət ikən,əllərin kimin saçına toxunur,kim bilir.. Mən hər baxışda o gözləri axtarıram,o kövrək,azca əsəbləşəndə yerə dikilən gözlərini,mənə,hərşeyi imiş kimi baxan gözlərini.. Canımın yanğısını,gözyaşlarım söndürür mənim. Ovuclarını evim sandığım,qucağına həsrət qaldığım,hardasan? Kiminləsən,kiminsən? İllər keçsə belə,aylar ötsə belə,hərkəsdən gizlətsəm də,adını anmasam da,sən hələ də ürəyimdə mənimsən...
« Əvvəlki (322 - 8033) Növbəti »
Yaradıldı: 27 Avqust 2020 Saat 17:06
Reytinq: 3
[ 2] [ 2]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | ^ЦаЦа^ | DeyiLem Canin Ciyerin
Ana Sehife
Saytda: 20 & 97 Qaydalar
comp WEB Versiya