logo beyaz
Blog - Aldanma
Blog | ^DeNiz^ | Aldanma
Hər kəs bir gün gedər.
Baxma, insanların çox sevirəm dediklərinə. Çətinə düşəndə asanı seçərlər. Səni dəlilər kimi sevirəm deyənlər, bir gün heçnə olmamış kimi ağıllıca gedərlər. Aldanma, səni ölənə kimi sevəcəm deyən insanların səmimiliyinə. Çünki sıxılında səni öldürüb, gedərlər. Sırf iki-üç xoş söz dedi deyə yəni tanıdığın birinə özündən də çox güvənib, asanlıqla qəlbini ona əmanət etmə. Ona görə ki, qəlbini fəth etmək üçün iki-üç gözəl söz deməyi bacaran insan lazım gəldiyində iki-üç ağır söz deyib qəlbini də qırar. Səninlə xəyallar qurub xoşbəxtlikdən üzündə təbəssüm yaradan insanlara da çox alışma. Xəyal qurmaq kimi sənə xəyal qırıqlıqlarını da məhz onlar öyrədər. Həmişə yanında olacam deyən insanlara da çox bel bağlama. Ona görə ki, ən çox onlar getməyi seçərlər. Və həqiqət budur ki, hər kəs bir gün gedər. Kimisi öz ayağı ilə həyatından çıxar, kimisi isə içindən gedər...
« Əvvəlki (428 - 8032) Növbəti »
Yaradıldı: 27 Fevral 2020 Saat 23:09
Reytinq: 2
[ 1] [ 4]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | ^DeNiz^ | Aldanma
Ana Sehife
Saytda: 24 & 149 Qaydalar
comp WEB Versiya