^DeNiz^
Gedişlər yorur məni, gedişlər incidir tökür dağıdır, çox üşüdür canımı, buza döndərir bədənimi, sanki hər fəsilim qarlı qış kimi keçir. Gedişlər yorur məni, tükədir adamı, ümidsizləşdirir, gözləmirsən daha heç kəsi, istəmirsən heç kəsdən xeyir, çəkilirsən bir qırağa, çəkilirsən səssizliyə, qapanırsan qaranlıq otaqlara, qapanırsan özünə, qapadırsan hər kəsə qarşı qapıları. Gedişlər yorur məni. Gedişlər yorur Adamı. 27 Fevral 2020 Saat 23:40
1 9 lövhəsi (5)
^DeNiz^
(3 Aprel 2020 Saat 23:48)
Ən çox gecələr hiss edirsən qəlbindəki ağrını. Əslində hər dəqiqə ağrayar amma ən çox gecələr fərqinə vararsan. Xatirələr göz önünə gələr, hansı ki yaşanılması artıq xəyal olaraq qalan xatirələr. Bəzi insanların özüylə dərdləşdiyi, bəzilərinin içtən - içə ağladığı saatlar olur gecələrdə. Bəziləri bir mesaj yazmağa cəsarət edə bilməz, bəziləri qırılmış qəlbinin dərdin çəkər, bəziləri qırdığı qəlbin heç fərqində olmaz, bəziləri ulduzları seyr edər, bəziləri dəqiqələrcə bir şəkilə baxar, bəziləri ürəyindəki boşluğu yalançı sevgilərlə dolduracağını zənn edər, bəziləri mahnılarda özünə əlac tapar. Ancaq hər nə olursa olsun ən çox gecələr insan özüylə yalnız qalar. O zaman nə xatirələrdən, nə qəlbindəkindən, nə də fikrindəki düşüncələrdən qaçmağı bacarmaz.
^DeNiz^
(3 Aprel 2020 Saat 23:41)
Səndən sonra heç kəsi sevə bilmirəm , Ya qəlb qırıram , yada ki, saymamzlığ edirəm. Necə bir şeysən anlamıram , damarlarıma qarışmısan sanki , səndən başqa heç kəsi istəmirəm . Ruhum , ruhum o qədər yorğun düşüb ki , nə irəli gedə bilirəm , nə də ki bir addım geri çəkilirəm , buraxdığın yerdəyəm sanki , bir ümidlə gözləyirəm gəlməyəck gəlişini , nə edim məndə beləyəm . İki tərəfdən biri ölməsə , ölməyəcək ümidlərim var , mən sənə bu qədər möhtackən , qoyma səni israf etsinlər.
^DeNiz^
(27 Fevral 2020 Saat 23:32)
Zaman su kimi axıb gedəcək. İllər həm səni, həm məni dəyişdirəcək. Nə dost kimi ayrıldıq əhvallaşıb ötüşək, nə düşmənik kinli - kinli baxışaq. Bir ruhsuz siman yaddaşımda qalacaq, ondan da ki nə fayda. Canlan desəm canlanar?! Bəzən unut dediyimdə özüm də nəyi unudacağımı unuduram.
^DeNiz^
(27 Fevral 2020 Saat 23:16)
O günnən aylar keçdi. Hardasan, kimləsən, həyatın necə gedir, bir dəfədə olsun ağlına gəlirəm mi, yuxularına girməyimə icazə verirsən mi? Bilirsən, mən səni hələdə unuda bilməmişəm. Hələdə adın çəkiləndə tərif edə bilmiyəcəyim hisslər keçirirəm. Bu nə anlama gəlir bilmirəm. Görəsən hələdə səni sevirəm? Ama sevməməliyəm, olmaz. Çox çətindi sənsiz. Kaşki hal hazırda bunları yazmağıma ehtiyac olmasaydı, yanında olsaydım. Kaşki gələcəkdə soruşanlara "bilmirəm, başqasın sevdi yəqinki" demək yerinə "çox çətin yollardan keçdik, ama heçnə ayırmadı bizi" deyə bilsəydim
^DeNiz^
(14 Fevral 2020 Saat 22:23)
Bu defe heyatımdan apardıqlarından deyil de,heyatıma qatdıqlarından yamaq isteyirem.Meselen:gözlerim dolarken yaş axmasın deye gözlerimi iri - iri açıb semaya baxmağı öyrendim men.O qeder qırıldım ki, men artıq kimse qırılar,üzüler deye düşünmürem.Kimsenin gedişi qorxutmur artıq meni.Heyatımda olsa da olmasa da, heç bir ferq etmir.Bir şeyi başa düşdüm insan yalnızlığa öreşince sevmeye başlayırmış yalnızlığı.He bir de güvenmek mövzusu var.Sayende sağ ayağımın sol ayağıma güveni qalmadı,bil isteyirem.Bir de kimise qederinden artıq artıq sevmek olmazmış onu öyrendim.Çox şey aldın menden, belke de amma hakkını yemeyim gedişinle çox şey öyretdi hem de.