logo beyaz
Blog - ....
Blog | ^DeNiz^ | ....
• Bir şəklini tapdım bu gün, köhnə günlərdən qalan bir şəkil. Ovcumda büzüşdürüb atmaq istəsəmdə ata bilmədiyim şəklin.
Baxdım, baxdım bir daha baxdım.
Peşman deyildim səni sevdiyimə. Səninçün yuxusuz keçirdiyim gecələrə, ağlayaraq oyandığım sabahlara. Heç bir şey üçün peşman deyildim.
Əksinə gözəldi.
Səninlə yaşadığım o günlər, çəkdiyim acılar, qanayan ürəyim, titrəyən əllərim.
Hamısı gözəldı. Heç vaxt "kaş ki" demədim həmişə "yaxşı ki" dedim " Yaxşı ki səni tanımışam"
Getdiyin gün var bir də. Sanki hər şey bir anda durdu. İşıqlar söndü, pərdələr çəkildi.
Səninlə bərabər bütün şəhəri tərk etdi eşq.
Bir gün gələrsən deyə şeirlər yazıram getdiyin gündən.
İnsanlar 'Unut' deyirlər, 'vazkeç' deyirlər, "Gedənlər geri gəlməz" deyirlər amma eşitmirəm heç birini. Sanki səndən başqa hamıya kar olub qulaqlarım.
Çünki səndə bilirsən, yoxluğunla, uzaqlığınla sevdim mən səni.
Gəlməz desələrdə mən bir gün gələ bilmə ehtimalına aşiqəm.
« Əvvəlki (430 - 8032) Növbəti »
Yaradıldı: 27 Fevral 2020 Saat 23:03
Reytinq: -2
[ 0] [ 3]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | ^DeNiz^ | ....
Ana Sehife
Saytda: 15 & 186 Qaydalar
comp WEB Versiya