logo beyaz
Blog - şeytan
Blog | седой | şeytan
Şeytan
Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: " Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun! " - deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: " Allah yoxdur, Allah yoxdur! " - deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə ar gücü ilə " Allah yoxdur, Allah yoxdur! " - deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına " tələ qurmağı " qərara aldı. Dükana gediv meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlvə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, " Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun! " - deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: " Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri sənə mən aldım! " . Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: " Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətdirmisən " ...
« Əvvəlki (432 - 8034) Növbəti »
Yaradıldı: 27 Fevral 2020 Saat 15:27
Reytinq: 2
[ 0] [ 3]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | şeytan
Ana Sehife
Saytda: 23 & 451 Qaydalar
comp WEB Versiya