logo beyaz
Blog - psixotriya
Blog | седой | psixotriya
Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə
söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün
buradasınız?”
Həmin adam üzünü sual soruşana tərəf tutub cavab
verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola
bilmədiyim üçün.” “Anlamadım, nə demək
istəyirsən?”
“Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird
olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər
almadığım üçün mənim kimi övladı olduğu üçün
utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı
qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham
edirdi. Çünki, “onun övladı” çox insan kimi “adi” ola
bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi
olduğunu sübut etmək üçün məndən bir ceyranı
tüfənglə vurmağımı istədi.”
Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: “Neçə
xal aldın?” “Heç nə… Ağlamağa başladım və atam
məni bir də heç vaxt ova aparmadı. Atam mənim
onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü
kimi dülgər. Amma anam dayım kimi bank işçisi
olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı
istəyirdi.
Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı,
dostlarım isə film aktyorlarına oxşamağımı
istəyirdi.” Deyə davam etdi: ”Nişanlım hər şey
olmağımı istəyirdi. Atası isə qızının gözündə
qiymətdən düşməsin deyə mənim “heç nə” olmağımı
arzulayırdı. Televiziya proqramları içkidən istifadə
etməyim, avtomobillərə və siqaretə aludə olmağım
üçün məni həvəsləndirir, “xəbərlər” isə belə
şeylərdən uzaq olmağımı istəyirdi.”
Bu sözlərdən sonra bir qədər duruxdu: “Üzr
istəyirəm, sizi də narahat etdim. Mən bir ildir
buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq
istəmirəm. Siz nə qədər vaxtır buradasınız?”
“Mən buraya öz qohumumu görmək üçün gəlmişəm
““Hə başa düşdüm, siz də divarın o biri tərəfindəki
dəlixanada yaşayırsınız.”
Gəlin doğmalarımızı bizim
ağlımızdakı “ideal” insan olmağa məcbur etməyək.
Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir
stereotip heç də əsl ideal insan demək deyil.
Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran
insandır.
« Əvvəlki (432 - 8033) Növbəti »
Yaradıldı: 27 Fevral 2020 Saat 15:23
Reytinq: -2
[ 0] [ 4]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | psixotriya
Ana Sehife
Saytda: 5 & 84 Qaydalar
comp WEB Versiya