logo beyaz
Blog - sultan ve vezir
Blog | седой | sultan ve vezir
Sultan və
Vəzir
Bir vəzir 30 il idi ki, hökümdara xidmət edirdi. Öz
sədaqəti, doğru danışmağı, Allaha inamı ilə hamının
böyük hörmətini qazanmışdı. Ancaq o öz dürüstlüyü
ilə sarayda çoxlu düşmən qazanmışdı. Onlar vəzirin
ikiüzlülüyü və xəyanətkarlığı barədə şaiyələr yayır,
hər gün sultanın qulağına vəzir haqqında böhtanlar
pıçıldayırdılar. Nəhayət, təqsirsiz vəzirə qarşı
sultanda şübhələr yarandı və o, uzun illər ona
sədaqətlə xidmət etmiş vəziri ölümə məhkum etdi.
Bu ölkədə ölümə məhkum edilmişlərin əl qolunu
bağlayır və sultanın yırtıcı ov itlərinin saxlandığı
qəfəsə atırdılar. İtlər isə dərhal onları tikə-tikə
edirdi. Ancaq vəziri köpəklərin qabağına atmazdan
əvvəl, ondan son arzusunu soruşdular. Vəzir dedi:
“Borclarımı qaytarmaq, mənə borcu olanlardan
pullarımı yığmaq, mənə əmanət olunmuş əşyaları
sahiblərinə geri vermək, var dövlətimi uşaqlarım və
yaxın adamlarım arasında bölmək üçün mənim
edamımı on gün təxirə salın”. Sultan vəzirə qaçmağa
cəhd etməyəcəyi baradə and içdirib onun arzusunu
yerinə yetirdi. Vəzir tez evə gəlib, yuz qızıl sikkə
götürdü və sultanın itlərinə baxanın yanına gəldi. O
yüz qızılı sultanın itlərinə baxanın qarşısına qoyaraq
dedi: “İtlərə on gün qulluq etməyə mənə icazə
ver”. Sultanın itlərinə baxan isə bu şərtə razı oldu.
Vəzir on gün itlərə qulluq etdi, onlara nəvaziş
göstərdi, sevə-sevə tüklərini daradı və yaxşı
yedizdirdi. On günün axırında itlər artıq onun əl-
ayağını yalayırdılar. On birinci gün vəzir sultanın
hüzuruna getdi və bütün iddihamlar yenidən onun
üzünə oxundu.
Sultan vəzirin əl qolunun bağlanmasına və itlərin
qarşısına atılmasına tamaşa edirdi. Lakin itlər vəziri
görən kimi onun ayaqlarına yıxılıb, quyruqlarını
buladılar. Onlar sevinərək atılıb düşür və vəzirlə
oynayırdılar.Sultan və buna şahid olanlar gördükləri
mənzərə qarşısında dəhşətə gəldilər.Sultan itlərin
nə üçün ona toxunmadığını soruşanda vəzir cavab
verdi: “ Mən bu itlərə on gün qulluq etmişəm.
Bunun nəticəsini isə hər biriniz görürsüz. Lakin mən
sədaqət və düzlüklə sənə 30 il qulluq etdim, nəticəsi
nə oldu? Düşmənlərimin iftirası ilə ölümə məhkum
edildim”. Sultan vəzirin bu sözlərini eşidib,
utandığından qızardı. O, vəziri təkcə əfv etmədi,
həm də ona gözəl xalat verdi. Böhtançıların
mühakiməsini isə onun özünə tapşırdı. Xeyirxah vəzir
isə onlara azadlıq verdi və onlarla yaxşı davrandı.
« Əvvəlki (433 - 8033) Növbəti »
Yaradıldı: 27 Fevral 2020 Saat 15:13
Reytinq: -2
[ 0] [ 3]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | sultan ve vezir
Ana Sehife
Saytda: 20 & 58 Qaydalar
comp WEB Versiya