__HuZur__
Bir insanı sevmək, güzgüyə baxmaq kimidir.. Onda özünü görməlisən. Səni baxışlarından anlamalı, bəzən danışmadan belə eşitməlidir..Özünə baxanda belə səni görməli, səndən başqa hər kəsə gözü bağlı olmalıdır...Sevgisi dərin olmalı sənə, dost olmalı, həyatına yoldaş ola bilməlidir..Sevgidə çox söz olmur, hiss etdirin sevginizi sadəcə.Sevgi xəstəlik deyil, yarım bir insanın tamıdır. 1 Iyun 2023 Saat 15:40
3 28 lövhəsi (146)
Hələ ki, blog yazısı yazmayıb...
__HuZur__
(8 May 2023 Saat 13:07)
Daxilimizdə bir məhkəmə qurulur və başlayır vicdan bizi yarqılamağa. Bu səfər də vicdan bizi sorğuya çəkir ki, sən niyə bu qəlbi incidirsən, niyə onun doğrularından qaçırsan, niyə ona bu qədər məna yüklədiyin halda, onu qırıb gedirsən, niyə? Burda artıq başlayır niyələr bombalamağa və sən bu niyələr qarşısında susub qəlbinə göz altı baxırsan və onun necə də incdiyini görürsən...
Bu zaman ağıl yanıma gəlib, qulağıma nəsə pıçıldayır.Tək çarən var, get yanına, üzr istə, könlünü al deyir.
__HuZur__
(8 May 2023 Saat 13:05)
[/b]Ağıl və qəlb... Bəzən bu iki seçim arasında qalırıq, bilmirik nə edək. Sanki, ağlımız daha ağır basır. Birdə baxırıq ki, qəlbimiz bu tərəfdən o xoş niyyətilə bizi özünə çəkir və doğruları görmək üçün bizi seyrə çıxarır və ağılı unudub qəlbə tərəf gedirsən. Bəzən isə, qürur dediyimiz o şey, bizə o qədər baryerlər çəkir, qəlbə gedən bütün yollarımız bağlanır və qəlbimizi qırırıq.[/b]
__HuZur__
(6 May 2023 Saat 16:46)
Amma məni unutma...Arada bir siması ağlına gəlsə də adını heç cürə xatırlamadığın, bu səbəblə bütün günü fikrində qalan, Ürəyinə qəribə sıxıntı verən anlıq bir görüntü olum ömür boyu.
__HuZur__
(6 May 2023 Saat 16:42)
Məni unutma..Amma qapı astanasında dayanıb qulağına pıçıltı ilə yalvarıram, qoyma gedim dediyim günləri unut məsələn..Təri yastığıma hopan qara kabuslarımı unut.Cavabsız qoyduğun zənglərim çıxsın yadından..Qarşımda durduğun halda yanağımdan axan yaşı öz əlimlə sildirdiyin vaxtları unut..