__HuZur__
Bir insanı sevmək, güzgüyə baxmaq kimidir.. Onda özünü görməlisən. Səni baxışlarından anlamalı, bəzən danışmadan belə eşitməlidir..Özünə baxanda belə səni görməli, səndən başqa hər kəsə gözü bağlı olmalıdır...Sevgisi dərin olmalı sənə, dost olmalı, həyatına yoldaş ola bilməlidir..Sevgidə çox söz olmur, hiss etdirin sevginizi sadəcə.Sevgi xəstəlik deyil, yarım bir insanın tamıdır. 1 Iyun 2023 Saat 15:40
3 28 lövhəsi (146)
Hələ ki, blog yazısı yazmayıb...
__HuZur__
(17 May 2023 Saat 08:39)
Sevərkən insan hər şeyini paylaşar, bölər..Ona qəlbinin ən dərin yerindən bir parça verər, ona varlığına aid bütün hislərini verər, bunlar yetmədiyi zaman öz düşüncə və xəyallarını da tən ortadan bölüb, verər..Paylaşdıqca əskilər insan.Tükənər, gücü qalmaz zamanla..Hər şeyini paylaşdığı bir gün gedincə, heç nəyi ona geri verməz. Və o gediş insanı yarımçıq qoyar...Nə qədər arasada, onca insan çıxsa da qarşına heç bir zaman özündə əskik olanları tapa bilməyəcək..O əskiklər içində yalnızlığında səssiz yaşayar.
__HuZur__
(15 May 2023 Saat 17:32)
Bəlkə bu gün, bəlkə sabah, bəlkə başqa bir vaxt, başqa bir yerdə bilmirəm. Amma yarım qalmış hərşey tamamlanmağa möhtacdır. Tamamlayın bir-birinizi. Siz tamamlamasaz da təəssüf ki, başqası sizin yarım buraxdığınız birşeyi tamamlayacaq. Çalışın yarım buraxmayın. Çünki sizin yarım buraxdığınız birşeyi başqasının tamamlamasını görmək ölümdəndə betərdir.
__HuZur__
(15 May 2023 Saat 17:29)
Birilikdə yeriməyə razı salıb, yolun ortasında buraxdığınız hər kəsin kölgəsi başqa yollarda qarşınıza çıxacaq. Yer kürəsi bir az da buna görə dairəvidir...
__HuZur__
(15 May 2023 Saat 17:25)
Mənimlə ömür keçǝrmi..? Dedim..Sənlə keçirməyə ömür yetərmi..? Dedi..Bu mənə bir ömür bəs etdi...
__HuZur__
(15 May 2023 Saat 17:22)
Kim nə deyirsə desin sevmək gözəl bir hissdi..Qəlbinin olduğunu hiss etməkdir. Yaşadığını bilməkdir.Sonrası ayrılıq olsa belə sevmək gözəldir.. Yara almağa dəyəcək hissdir. Cəsur olanlar sevər, sevgi də qorxaq qəlblərə gəlməz.