Bir insanı sevmək, güzgüyə baxmaq kimidir.. Onda özünü görməlisən. Səni baxışlarından anlamalı, bəzən danışmadan belə eşitməlidir..Özünə baxanda belə səni görməli, səndən başqa hər kəsə gözü bağlı olmalıdır...Sevgisi dərin olmalı sənə, dost olmalı, həyatına yoldaş ola bilməlidir..Sevgidə çox söz olmur, hiss etdirin sevginizi sadəcə.Sevgi xəstəlik deyil, yarım bir insanın tamıdır.
3 O məni makyajsız halimla, ev halimla, dağınıq saçlarımla, ağlayarkən, gülərkən qısacası məni hər halımla gördü və hərdəfəsində mənə çox gözəlsən dedi..
4 Birilikdə yeriməyə razı salıb, yolun ortasında buraxdığınız hər kəsin kölgəsi başqa yollarda qarşınıza çıxacaq. Yer kürəsi bir az da buna görə dairəvidir...
0 Kim nə deyirsə desin sevmək gözəl bir hissdi..Qəlbinin olduğunu hiss etməkdir. Yaşadığını bilməkdir.Sonrası ayrılıq olsa belə sevmək gözəldir.. Yara almağa dəyəcək hissdir. Cəsur olanlar sevər, sevgi də qorxaq qəlblərə gəlməz.
0 Ağıl və qəlb... Bəzən bu iki seçim arasında qalırıq, bilmirik nə edək. Sanki, ağlımız daha ağır basır. Birdə baxırıq ki, qəlbimiz bu tərəfdən o xoş niyyətilə bizi özünə çəkir və doğruları görmək üçün bizi seyrə çıxarır və ağılı unudub qəlbə tərəf gedirsən. Bəzən isə, qürur dediyimiz o şey, bizə o qədər baryerlər çəkir, qəlbə gedən bütün yollarımız bağlanır və qəlbimizi qırırıq.
3 Məni unutma..Amma qapı astanasında dayanıb qulağına pıçıltı ilə yalvarıram, qoyma gedim dediyim günləri unut məsələn..Təri yastığıma hopan qara kabuslarımı unut.Cavabsız qoyduğun zənglərim çıxsın yadından..Qarşımda durduğun halda yanağımdan axan yaşı öz əlimlə sildirdiyin vaxtları unut..
12 Gecikirsiniz.Qayğı göstərməyə, sevgi göstərməyə, sığal çəkməyə, dayaq olmağa, üz güldürməyə, xoşbəxt edəcək şeyləri etməyə gecikirsiniz, vaxtında edin bunları.
0