logo beyaz
Blog - ♡♡♡♥♥♥
Blog | | ♡♡♡♥♥♥
DÜNYA NEYLƏSİN?!
Birinin ayağı ilişir daşa,
Başlayır yer-göylə dava-dalaşa.
Bir ömür yaşadı düşmədi başa,
Bu qiylü –qalına dünya neyləsin?!
Desə də özünün haqq olduğunu,
Çətinə düşəndə hey söyür onu.
Deyirki: Dağılıb olaydı sonu,
Bu xamxəyalına dünya neyləsin?!
O səni cahana gətirib məgər?
Ondan da gözləmə nə xeyir,nə şər.
Səndən milyonları gəlib getdilər,
Yerdə qalanına dünya neyləsin?!
O öz axarıyla dövr edib keçir,
Kim şadlıq, kimi qəm badəsin içir.
Hökmidar əmr edir, cəllad baş biçir,
Ölənin halına dünya neyləsin?!
« Əvvəlki (1844 - 8032) Növbəti »
Yaradıldı: 9 Yanvar 2019 Saat 21:52
Reytinq: 12
[ 4] [ 0]
Şərhlər
Blog | | ♡♡♡♥♥♥
Ana Sehife
Saytda: 6 & 208 Qaydalar
comp WEB Versiya