logo beyaz
Blog - ¤◆¤◆¤◆¤◆¤◆¤◆¤
Blog | | ¤◆¤◆¤◆¤◆¤◆¤◆¤
Nəzər etsən, bu cahan mülkünə çox diqqət ilə,
Görəcəksən dolanır çərxi – fələk sür’ət ilə.
Gecə – gündüz bu dəyirman daşı fırlandıqca,
Üyüdər ağzına kim düşsə, udar ləzzət ilə.
Olacaq işlərə qarşı çıxan olsa, hər kim
Dəyişə bilməz onu elm ilə, ya qüvvət ilə.
Elə bir vaxt gələcək, hətta, keçən günlərinə,
İmkanın bir daha olmaz, baxasan həsrət ilə.
Sənə də növbə yetişdi, can alan hazır olar,
Qaytara bilməyəcəksən onu var - dövlət ilə.
Yaxanı tutdu, daha sorğu – sualsızdır ölüm,
Ayırar ruhunu ətdən, aparar adət ilə.
« Əvvəlki (1843 - 8033) Növbəti »
Yaradıldı: 10 Yanvar 2019 Saat 20:13
Reytinq: 6
[ 2] [ 0]
Şərhlər
Blog | | ¤◆¤◆¤◆¤◆¤◆¤◆¤
Ana Sehife
Saytda: 24 & 77 Qaydalar
comp WEB Versiya