logo beyaz
Blog - Davranış mədəniyyəti
Blog | Admin | Davranış mədəniyyəti
şəkildə getməsindən nəinki narahat olmur, heç veclərinə də almırlar. Əksinə, səsini çıxaranlara, narazılıq edənlərə kobud sözlər deyir, sonda da bildririrlər: «xoşun gəlmir, düş, taksi ilə get» (Bu hal Bakıda sərnişindaşınma nəqliyyatının bütün marşrutları üzrə hərəkət edən avtobusların əksəriyyətində müşahidə edilməkdədir). Təbii ki, hamının da imkanı yoxdur ki, şəxsi maşını olsun, ya da taksi harayına düşsün.
Sərnişinlərin xeyli hissəsi düşdükdən sonra gözləmək olardı ki, salonda qismən rahatlıq yaranacaq. Amma bu dəfə də avtobus yerindən tərpənmədi. Yenə də basa-bas düşdü. Arxada əyləşənlərdən kimsə dözməyərək gileyləndi: «Ay bala, sür gedək, səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə yatıb qalırsan?”. Sürücünün cavabı həm gülüş doğurdu, həm də... «O yatıb yuxusunu alıb, ona görə gedir, mənim də yuxum burda gəlir...»
Beş addımlıq ömür yolunda insanın düçar olduğu adi münasibətlər, gündəlik rastlaşdığımız «ürəkaçan mənzərələr» əsəblərin sıradan çıxmasına səbəb olur. «Bizi belə böyütməyiblər», «biz belə olmamışıq» - deyənlərin haqlı iradlarını bəzən təhlilə çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi dəyərlərimizi belə sürətlə itirməyə məhkum olanlar var. Hərdən qəribə vəziyyət də görürsən. Gənclər ayaqüstə dayanıblar. Oturacaqlar da boşdur. Soruşanda, niyə əyləşmirsiniz? - cavabında onsuz da duracağıq deyirlər. Bəli, ailə tərbiyəsi görmüş gənclərimiz də var. Amma nədən hamısı belə deyil? Bütün bunlara bütün cəmiyyətdən təpki gəlməlidir.
Öncə hər bir avtobusun salonuna mütləq yazılı lövhə vurulmalıdır. Necə ki, sovet dövründə var idi. Oturacaqların yerləşdiyi salonun divarında yazılırdı: «bura yaşlı adamlar üçündür» və yaxud da «bu yer əlillər üçündür» və s. Eləcə də hər bir avtobusun sürücüsü dayanacaqlarda elan etməlidi: «yaşlılara yer verin». Necə ki, Bakının metrostansiyalarında biz bu xəbərdarlığı tez-tez eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz görüntünün qarşısını almaq olar. İnsanlarda da vərdiş yaranar. Yoxsa cavanlar əyləşir-əyləşsin, yaşlılar, əliuşaqlı qadınlar və qocalar ayaqüstə dayansın, sürücünün də vecinə olmasın, yaramaz axı. Dədə-babadan qanmayanı qandırmağa çalışıblar, bilməyəni öyrətməyə. Öyrənib bilməyin isə heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən öyrətməsin, öyrənən öyrəndiklərinə əməl
< 1 2 3 4 5 >
« Əvvəlki (2534 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:40
Reytinq: 4
[ 0] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Davranış mədəniyyəti
Ana Sehife
Saytda: 23 & 205 Qaydalar
comp WEB Versiya