logo beyaz
Blog - Qaranlıqda filin minbir sifəti
Blog | Admin | Qaranlıqda filin minbir sifəti
Fili bir qaranlıq otağa salmışdılar. Bu vilayətdə fil görünmədiyindən hamı filə baxmaq üçün axışıb gəlirdi. Ancaq otaqda göz-gözü görmədiyindən hamı filə əl gəzdirməklə onun necəliyini bilmək istəyirdi. Kimsə filin xortumuna əl çəkib dedi:
— Lap su borusuna oxşayır.
Bir qadınsa əlini filin qulağına çəkdi:
— Nəsə palaz kimi bir şeydi, — dedi.
Filin ayağına ilişən birisi də qayıtdı ki, nə isə sütuna oxşayan bir heyvandı.
Bir başqası filin sağrısına əl gəzdirib:
— Bu fil deyilən nədisə, lap şah taxtına bənzəyir! — dedi.
Bir cavan dedi:
— Əlif kimi dümdüzdü.
Bir qoca da:
— Lap «Dəl» kimi əyridi.
Bircə şam işığı bəsiydi ki, onlar filin nə olduğunu, necə olduğunu görsünlər.
« Əvvəlki (2534 - 8034) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:42
Reytinq: 24
[ 2] [ 2]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Qaranlıqda filin minbir sifəti
Ana Sehife
Saytda: 18 & 87 Qaydalar
comp WEB Versiya