logo beyaz
Blog - Davranış mədəniyyəti
Blog | Admin | Davranış mədəniyyəti
də qeyri-adilik yoxdur. Amma bütün adiliklərin içində bir adillik olmaq gərəkliyi var. Həmişə görmüşük ki, əliuşaqlı xanımların, yaşlı qadınların uzun növbələrə dayanmasına heç kəs razı olmayıb və bu elə bir qəribə hal yaratmışdı ki, qadınlar özləri ayrıca növbəyə dayanırdılar.
Bu yaxınlarda şəhər nəqliyyatında müşahidə etdiyimiz bir məqam, açığı, ürəyimi ağrıtdı. Vətən torpaqları uğrunda canını fəda etmiş igidlərimizin - Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa qalxmalı oldular. “Sədərək” ticarət mərkəzindən şəhərə gələn avtobusda tünlük idi. Ağır dərdin əlindən üzülmüş bu qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa nəzər saldıqda keçirdiyimiz sıxıntıdan nə edəcəyimizi bilmədik. Qulaqlarında qulaqcıq, bir əlində telefon, ağzında saqqız, o biri əli ilə də özü kimi cavan qızı qucaqlamış qara gödəkcəli oğlanın isə dünya vecinə deyildi. Başqa bir oturacaqda əyləşmiş gənclər isə şit-şit danışıb gülürdülər. Bu təzadlı mənzərədən süzülən əsəbi gərginlik yaşlı bir kişinin deyinməsinə gətirib çıxardı: «Belə də iş olar? Biz də cavan olmuşuq. Vallah, heç vaxt özümüzdən böyüyün yanında əyləşməmişik. Bu zamananın uşaqları niyə belədir? Böyük-kiçik tanımırlar».
Oturacaqda əyləşənlərdən biri şar kimi şişirtdiyi saqqızı əlinə alaraq kinayəqarışıq ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə işin var? Evində otura bilmirsən? Hələ bizi bir borclu da çıxarırsan? İntiresni adamsınız, mən nəyə görə ayağa durmalıyam, sənə borcum var?». Təbii ki, ağzının sözünü bilməyən, ailə tərbiyəsi görməyən birisinə yaşlı kişi cavab verməyərək biçarəliklə köksünü ötürdü. Abrına sığınmış bu haqlı insanın gözləri dolmuşdu. Özünü birtəhər ayaqüstə saxlayırdı. Bu «dialoq»dan sonra, nəhayət, bir oğlan «qeyrtə» gəlib ayağa durmaq istəyəndə, yanındakı qız onun gödəkcəsindən dartaraq «eto tebe nada?» - deyərək narazılığını bildirdi. Oğlan dərhal əyləşərək özündənrazı şəkildə dişlərini ağartdı.
avtobus içində basabas.Açığı harda olduğumuzu, hansı millətin gəncləri ilə bir avtobusun sərnişinlərinə çevrildiyimizi anlamadıq. İnsanı əzən məqamlardan biri də budur ki, şəhər nəqliyyatında narahatçılıq doğuran səbəblərin sayı çoxdur. Sürücü də, onun «pul yığan»ları da harada kefi istəyir, maşını saxlayır, insanların necə yerləşməsindən, hansı
< 1 2 3 4 5 >
« Əvvəlki (2534 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:40
Reytinq: 4
[ 0] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Davranış mədəniyyəti
Ana Sehife
Saytda: 26 & 175 Qaydalar
comp WEB Versiya