logo beyaz
Blog - Davranış mədəniyyəti
Blog | Admin | Davranış mədəniyyəti
qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun deyil ki, onu adi qayğılarla çapıb-talayaq.
Yaşından, başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır. Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi sərvətlərdir...
Özünə hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır. Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda durana təpinmək isə... Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir əlində zəhəri necə saxlamaq olar?!
Əslində milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət, yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi, təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq pozulmamalıdıır.
Çoxumuzun yaxşı yadındadır, hələ sovet dövründə «Oqonyok» jurnalının Bakıda olan bir əməkdaşı şəhər nəqliyyatında gördüklərindən heyrətə gələrək kiçik bir yazıda öz təəssüratını bildirmişdi ki, Azərbyacanda qəribə bir adət var. Hər yerdə gördüm ki, yaşlı insanlara, qadınlara ehtiramla yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər dərhal ayağa qalxaraq özündən böyüklərə yer verir. Qadınlara, yaşlı insanlara hörmət göstərilir. Bəlkə də ilk baxışda bu münasibətlərdə bir o qədər
< 1 2 3 4 5 >
« Əvvəlki (2534 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:40
Reytinq: 4
[ 0] [ 1]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Davranış mədəniyyəti
Ana Sehife
Saytda: 3 & 192 Qaydalar
comp WEB Versiya