logo beyaz
Blog - Bilməli olduğunuz etiket qaydala
Blog | Admin | Bilməli olduğunuz etiket qaydala
və əgər kişi qadının əvəzinə ödəməyi təklif edirsə, qadın razılaşa bilər.
9. Kişi liftə həmişə birinci daxil olur, ancaq qapıya ən yaxın kəs birinci çıxır.
10. Avtomobildə sürücünün arxasındakı yer ən prestijli hesab olunur, burada qadın əyləşir, kişi isə onun yanında, kişi maşından çıxanda isə qapını saxlayır və xanıma əlini uzadır. Əgər kişi sükan arxasındadırsa, qadının onun arxasındakı yerdə əyləşməsi daha məqsədəuyğundur. Ancaq qadının harada əyləşməsindən asılı olmayaraq, kişi ona qapını açmalı və çıxmağa kömək etməldir.
11. Pəhriz saxladığınız barədə hamının eşidəcəyi şəkildə danışmaq yaxşı hal deyil. Hələ qonaqpərvər ev sahibəsinin təklif etdiyi yeməklərdən bu bəhanə ilə imtina etmək düzgün deyil. Mütləq onun kulinariya istedadını tərifləyin, bununla belə heç nə yeməyə də bilərsiniz. Eyni davraşını alkoqola qarşı etmək olar. Niyə içməməli olduğunuzu hamıya deməyə dəyməz. Bəyaz ağ şərab istəyin və yüngülcə dadına baxın.
12. Kübar söhbətlər üçün tabu-mövzular: siyasət, din, sağlamlıq, pul. Yersiz sual: «Necə gözəl geyimdir! Neçəyə almışınız?». Necə reaksiya vermək olar? Gülümsəyin: «Bu hədiyyədir!». Mövzunu dəyişin. Həmsöhbətiniz təkid edirsə, yumşaq şəkildə deyin: «Bu barədə danışmaq istəməzdim».
13. 12 yaşına çatmış hər bir insana «siz» deyə müraciət etmək lazımdır. İnsanların ofisiant və sürücülərə «sən» deyə müraciət etməsi heç də xoş hal deyil. Hətta yaxşı tanış olduğunuz insanlara ofisdə «siz» deyə müraciət etmək lazımdır, «sən» isə ancaq təklikdə olanda müraciət edə bilərsiniz. İstisna — yaşıd və ya yaxın dost olduğunuz halda.
14. Kino, teatr, konsertə gələrkən öz yerinizə əyləşənlərə üzünüzü çevirərək getmək lazımdır. İlk olaraq kişi keçir.
15. Küçədə kişilər xanımların solunda getməlidir.
16. Əgər kiminləsə yol gedirsiniz və yanınızdakı adam sizin tanımadığınız bir kəslə salamlaşırsa, siz də salam verməlisiniz.
17. Qadının yanında kişi yalnız onun izni ilə siqaret çəkə bilər.
18. Kim olmasından asılı olmayaraq, otağa ilk daxil olan salamlaşmalıdır.
19. Alış-verişdə sizə verilən salafan və kağız paketləri yalnız ərzaqların daşınması üçündür. Onların gündəlik çanta kimi istifadə etmək yolverilməzdir.
< 1 2 3 >
« Əvvəlki (2538 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:36
Reytinq: 3
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Bilməli olduğunuz etiket qaydala
Ana Sehife
Saytda: 12 & 189 Qaydalar
comp WEB Versiya