logo beyaz
Blog - Tibbi etik qaydalar nələrdir?
Blog | Admin | Tibbi etik qaydalar nələrdir?
Tibb sistemindən şikayətlənən vətəndaşlarımızla yəqin hər gün qarşılaşırsınız. Haqlı tərəfləri vardır — doğrusu, bizim səhiyyə sistemimizi bəyənmək üçün həqiqətən kor, ya da vicdansız olmalısan. Səhiyyəmiz barəsində yersiz tərif yağdıranların çoxu əsasən ikincini, yəni vicdansızlığı seçirlər. Lakin yenə də onları qınamıram, zira bizim cəmiyyət vicdansızlığı geniş təbliğ edir və mükafatlandırır.
Sözümün canı isə başqadır.
Hüquqda belə bir mövhum vardır: qanundan xəbərsiz olmaq müafiyyətə, yəni məsuliyyətdən azad olmağa gətirib çıxarmır. Əksər şeyləri, elə götürək tibbi etika qaydalarını, həkimlərin davranış və müayinə sırasında hansı “adət-ənənəyə” uyğun davrandıqlarını çoxumuz bilmirik. Çoxumuz bu məsələ haqqında kökündən yanlış təsəvvürə malikdir.
Gəlin, tibbi etikaya kiçik bir nəzər yetirək. Doğrudur, tibbi etika haqqında məsələni məndən daha yaxşı yaza biləcək insanlarımız vardır, lakin onlar susqunluq nümayiş etdirdikləri üçün özümü qabağa verirəm.
Ümumi müddəalar. Təbabət elmdir, yoxsa sənət?
Təbabətin necə bir disiplin olduğuna dair hələ də mübahisələr getməkdədir. Bir çox həkim təbabəti isbata dayalı elmə əsaslanan peşə növü olaraq düşünürlər. Bir sözlə, təbabət tətbiqi bir elm növüdür. Məsələn, bir var riyaziyyat, ali riyaziyyat, bir də var tətbiqi riyaziyyat. Axırıncının praktik tərəfi vardır — bu gün istifadə etdiyimiz bütün cihazlar tətbiqi riyaziyyatın bir qolu olan kompüter proqramçılığı sayəsində işləkdirlər.
Elmin postulatları, tənlikləri, qanunları olur. Təbabət elminin də riyaziyyat, fizika, biologiyada olduğu kimi qanunları, düsturları vardır. Lakin təbabət tətbiqi bir elm olduğu, məhz peşə olaraq insanlara istiqamətləndiyi üçün onun bir də etik qaydaları vardır. Bu qaydalar elmi qanunlar kimi mütləq, isbata dayalı, hər şəraitdə keçərli müddəalar deyildir — bir çox qaydanın kağız üzərində təsviri belə yoxdur. Ancaq təbabət insanlıq tarixi qədər qədim olduğu və hər gün istifadə edildiyi üçün formalaşmış etik qaydaları aşağı-yuxarı bəllidir.
Qısa tarixçə
Tibb etika haqqında bilinən ilk mətn 5-ci əsrin əsəri olan “Formula Comitis Archiatrorum”-dur. Amma müasir Şərq, eləcə də Qərb tibbinin qaydaları Hippokrat, sadə xristian əxlaqı, İbn Sina və həmyerlimiz Ər-Razinin əsərlərinə əsaslanırlar. Müasir dövrdə qanun hökmündə mətn olaraq qəbul edilmiş etik prinsiplər Britaniyada, qismən ABŞ və Kanadada mövcuddur.
[b]Əsas
1 2 3 4 >
« Əvvəlki (2539 - 8033) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:34
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Tibbi etik qaydalar nələrdir?
Ana Sehife
Saytda: 20 & 91 Qaydalar
comp WEB Versiya