logo beyaz
Blog - Tibbi etik qaydalar nələrdir?
Blog | Admin | Tibbi etik qaydalar nələrdir?
müddəalar[/b]
Tibb etikanın çərçivəsini təşkil edən 4 prinsip Tom Böşamp (Tom Beauchamp) və Ceyms Çayldress-in (James Childress) “Biomedikal etikanın prinsipləri” kitabında təsvir edilibdir. Bunlar:
— Hürriyətə hörmət prinsipi: xəstə müalicə metodunu seçmə və ondan imtina haqqına sahibdir (Voluntas aegroti suprema lex.)
-Mənfəət prinsipi: xidmət verən həkim xəstənin mənfəətinə uyğun davranmalıdır (Salus aegroti suprema lex.).
— Xəsarət verməmək prinsipi: xəstəyə yardım etməklə bərabər ona əlavə xəsarət verməkdən çəkinmə (Primum non necere.).
— Ədalət prinsipi: hər kəsə əlçatan ilkin tibbi xidmət təşkili, eləcə də tibii xidmət alacaq insanın qərarına hörmət (Iustitia.).
Qısa cümlələrlə nə etməli
İnsanlarımızı hüquqi terminlərlə boğmadan qısaca daha keyfiyyətli tibbi xidmət almaq üçün onların nə etməli olduğunu belə izah edə bilərəm. Əlbəttə, burada deyəcəklərim qanun hökmündə deyil, lakin illərin təcrübəsi ilə bir çox həkim kimi mənim gəldiyim qənaətdir.
1. Tibb xidmətin detalları aydın izah edilməlidir.
Hər tibbi prosedurun -Hekayəsi -Müayinəsi -Laboratuar təhlilləri və/və ya görüntüləmə metodları ilə incələnməsi mövcuddur. Axırıncı maddə bəzən əksik ola bilər, amma ilk ikisi mütləq olmalıdır. Xəstə şikayətlərini əlbəttə özü ifadə edir. Amma o şikayətləri sinifləndirmək. sahmana salmaq həkimin məsuliyyətində olan məsələdir. Müraciət etdiyiniz həkim sizin şikayətlərini sinifləndirərək qısa icmal şəklində sizinlə razılaşdırmalıdır.
Məsələn:“Demək, sizin 4 gündür sağ böyrünüzdən sancı şəklində ağrılar başlayır və siz, bu zaman zərfində iki dəfə ağrıkəsici dərman içərək qismən ağrının qarşısını ala bilmişsinizdir.” Həkim apardığı müayinələri tək-tək xəstəyə izah etməlidir.
Məsələn: “İndi sizin böyrünüzə yumruğumla ehmallıca vuracağam. Rahat olun, sizi şiddətli ağrıya məruz qoymaq niyyətim yoxdur. Bu proseduru kifayət qədər ehtiyatla icra etməyə çalışacağam.”
Həkim hansı müayinə metodlarını istədiyini və bununla hansı nəticələrə gələcəyini sizə ƏVVƏLCƏDƏN izah etməlidir.
Məsələn: “Bu vəziyyətdə biz, sizdə qarın boşluğunun ultrasəs müayinəsi ilə sidik axarında daş axtarmağa çalışacağıq. Ümumi sidik təhlili də ayrıca bizə problemin sidik sistemindən hansı dərəcədə qaynaqlandığını göstərmək üçün faydalı olacaqdır.” Müraciət etdiyiniz həkim MÜTLƏQ bu sırada sizə aydın izahat verməlidir. Belə məlumatlandırma zamanı anlaşılması çətin olan tibbi terminlərdən
< 1 2 3 4 >
« Əvvəlki (2539 - 8032) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:34
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Tibbi etik qaydalar nələrdir?
Ana Sehife
Saytda: 26 & 186 Qaydalar
comp WEB Versiya