logo beyaz
Blog - Bilməli olduğunuz etiket qaydala
Blog | Admin | Bilməli olduğunuz etiket qaydala
Etiket — insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyir. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir. Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur, yaxşı, sabit qarşılıqlı münasibətlər yarada bilir.
1. Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanım deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətirini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, «Ah, nə yaxşı, mən elə indicə gəlmişəm» söyləyirdi. Əks halda isə «Nə pis oldu, mən getməyə hazırlaşırdım».
2. Çətir heç vaxt açıq vəziyyətdə qurumur — nə ofisdə, nə də başqa bir yerdə. Onu yığmaq və xüsusi altlığa qoymaq və ya asmaq lazımdır.
3. Çantanı dizinizin və ya stulunuzun üstünə qoymaq olmaz. Balaca klatç-çantanı stolun üzərinə qoymaq, həcmli çantanı stulun belinə asmaq və ya xüsusi stul yoxdursa (belələrini adətən restoranlarda təqdim edirlər), döşəməyə qoymaq olar. Portfeli isə adətən döşəməyə qoyurlar.
4. Kişi heç vaxt qadın çantasını daşımamalıdır. Qadının paltosunu o, yalnız qarderoba aparmaq üçün götürməlidir.
5. Uşaq ayrıca otaqda yerləşdiyi andan etibarən, onun yanına girərkən qapını döyməyə öyrəşin. Bunu etdiyiniz halda, o da sizin yataq otağınıza girməzdən öncə qapını döyəcək.
6. Qadın qapalı məkanda şlyapa və əlcəkləri çıxarmaya bilər, ancaq papaq və təkbarmaq əlcəyə bu aid deyil.
7. Beynəlxalq protokola görə, bəzək əşyalarının ümumi sayı 13 ədəddən çox olmamalıdır, bura əl işi olan düymələr də daxildir. Əlcəyin üstündən üzük taxmırlar, ancaq qolbaq taxmaq olar.
8. Restoranda sifarişi ödəmə qaydası: əgər siz «Mən dəvət edirəm» demisinizsə, bu o deməkdir ki, hesabı siz ödəyəcəksiniz. Əgər qadın iş partnyorunu restorana dəvət edirsə, hesabı qadın özü ödəməlidir. Başqa bir vəziyyət: «Gəlin restorana gedək», bu halda hər bir kəs öz hesabını ödəyir
1 2 3 >
« Əvvəlki (2538 - 8033) Növbəti »
Yaradıldı: 21 Iyun 2018 Saat 00:36
Reytinq: 3
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Admin | Bilməli olduğunuz etiket qaydala
Ana Sehife
Saytda: 19 & 61 Qaydalar
comp WEB Versiya