logo beyaz
Blog - UNUTDUM..
Blog | `_TaTLi_NeZRiN_` | UNUTDUM..
._Sonra anidən şəkili çıxır qarşına. Silmək üçün dəfələrlə cəhd edirsən. Amma əlin gəlmir. Sil düyməsini basmaq üçün dəfələrlə gözlərini bağlayıb udqunursan. 1 dəfə , 2 dəfə , 5 dəfə... Sonda anlayırsan bacarmayacağını. Bir türlü silə bilmirsən şəklini. Dəqiqələrcə gözünü qırpmadan şəkildən sənə baxan gözlərinə baxırsan. Gözlərin dolur. Titrək əllərinlə sığal çəkirsən şəkilə. Saqqalına... Üzünə... Saçlarına... Sonra o qədər baxırsan ki, əzbərləyirsən hansı şəkildən sonra onun şəklinin gəldiyini. Silmirsən. Qıymırsan şəklini silməyə. Bəlkə də əsəbləşib mesajları silirsən, səslərini silirsən, nömrəsini silirsən amma şəklini... Ondan qalan son şəkli silməyə əlin gəlmir bir türlü. Hər gördüyündə canın daha çox yanacağını bilsən də silmirsən. Silə bilmirsən. Halbuki baxdıqca daha çox ölürsən. Bu bir növ , şəkilə baxaraq intihar etmək kimi...
İnsan bəzən çox dəyərli bir insanı siləcək qədər qırğın olur , amma bir şəklini silməyə gəlincə... məğlub olur özünə
« Əvvəlki (4065 - 8032) Növbəti »
Yaradıldı: 7 Iyun 2017 Saat 14:58
Reytinq: 8
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | `_TaTLi_NeZRiN_` | UNUTDUM..
Ana Sehife
Saytda: 15 & 168 Qaydalar
comp WEB Versiya