logo beyaz
Blog - __________
Blog | _KaYiP_PrEnSeS_ | __________
Çox bir şey istəmədim əslində.
Bir musiqi çaldığında ilk ağlına gələn mən olum istədim.
Olmadı,olmur,olmayacaq..
Üzüləcəksənsə,mən üzüm istədim.
Nə mən qıya bildim səni üzməyə,nə də sən o haqqı verdin mənə.
Üzündəki gülüşün səbəbi mən olum istədim.
Sən yalnız sevgimi ələ saldığın üçün güldün mənə..
Sırf mənim səsimi eşitdin deyə gün boyu xoşbəxt ol istədim.
Açmadığın zənglərimdə anladım sənin üçün heç var olmadığımı..
Çox bir şey istəmədim əslində..
Mənim ol istədim.
Sənin olmaq istədim.
Soyuqdan gələndə qızındığım
Evim ol,
Çayım,
Şəkərim,
Dadım-duzum ol istədim.
Gələcəyim ol istədim.
Sən gəlməyəcəyim oldun..
« Əvvəlki (4067 - 8033) Növbəti »
Yaradıldı: 7 Iyun 2017 Saat 09:31
Reytinq: 17
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | __________
Ana Sehife
Saytda: 14 & 131 Qaydalar
comp WEB Versiya