logo beyaz
Blog - Hmmmmmmm
Blog | _KaYiP_PrEnSeS_ | Hmmmmmmm
Mən eqoistəm...
Xoşbəxtliyimi hər kəslə paylaşsam da, acılarımı sadəcə özümə saxlayacaq qədər....
Mən yalançıyam...
Yaxşı olmadığım zamanlarda belə, pis kəlməsinin yoluxucu olduğunu bildiyimdən ancaq yaxşıyam deyə biləcək qədər....
Mən sevgisizəm.....
Sahib olduğum bütün sevgimi sevdiklərimə dağıdıb yeri gəldiyində özümə sevgi ayırmağı unudacaq qədər...
Mən inamsızam...
Heç bir zaman bütün güvənimi qarşımdakına verib hər sirrimi anlatmadığım qədər...
Bunun mərdi var, namərdi var...Mərddirsə qoruyacaq, namərddirsə kürəyindən vuracaq...
Sabah nə olacağı bəlli olmaz...
Aranız dəydiyində bunu silah kimi istifadə edə bilər...
Mən sərt və soyuğam...
Yaxınıma kimsəni buraxmayacaq qədər...
Yanımda durmaq və həyatımda olmaq hər adamın başı üçün deyil...
Ətrafımdakılar da mənim sərt sınağımdan çıxmış insanlardır...
Mən kim üçünsə yaxşı, ya pis olmağa çalışmıram...
Ünsiyyətdə olduğum insanla onun haqq etdiyi kimiyəm...
Kimə pis görünürəmsə deməli problem onun özündədir...
Mən etibarlıyam..
Mənim üçün dəyərli insanın sirrini məzara kimi qəlbimdə saxlayacaq qədər...
Sevgimdə vəfalıyam...Nə olur olsun qəlbimdəkinə xəyanət etməyəcək qədər...
Mən acımasızam...Mənə xəyanət edəni bir göz qırpımında silib, xainlər məzarlığında dəfn edəcək qədər...
Mən həddən artıq qısqancam...Dəyərlimi kimsəylə paylaşmayacaq qədər...
Cəsarətliyəm...Arxaca danışmayıb, sözü üzə deyəcək qədər...
Qat-qat qeyrətliyəm bəzi qeyrətsiz oğlanlardan....
Fədakaram...Həyatımda dəyərli və özəl olanlar üçün əlimdən gələni edib, canımı belə verməyə hazır olacaq qədər...
Dürüstəm bəzi həyatını yalan üstdə quranlardan fərqli olaraq...
Mərhəmətliyəm...Hətta mənə qıyana belə qıymayacaq qədər...
Amma o da bir yerə qədər...Damarıma basınca məhv edərək silərəm heç olmamış kimi...
Amma mən hər şeyə rəğmən ürəkliyəm...
Yenə özüm özümə sahib çıxacaq qədər...
Bu da mənim xüsusiyyətlərim...Düzünü deyim kim necə qəbul edir etsin fəxr edirəm bu cəhətlərimlə...
« Əvvəlki (4377 - 8032) Növbəti »
Yaradıldı: 18 Aprel 2017 Saat 23:10
Reytinq: 11
[ 1] [ 0]
Şərhlər
Blog | _KaYiP_PrEnSeS_ | Hmmmmmmm
Ana Sehife
Saytda: 13 & 170 Qaydalar
comp WEB Versiya