logo beyaz
Blog - _________________
Blog | _KaYiP_PrEnSeS_ | _________________
Hər şey şairin dediyi kimiydi əslində...
"Kimsə vazkeçilməz deyil, vazkeçməyi bilməyən sənsən..."
Mən unutdum ,sevgilim, indi xatırlama sırası səndə... Bu gün qələmimi son dəfə aldım əlimə...
Sənin üçün yazdığım son sətirlərdir bunlar....
Çünki məndə sənə aid heç bir şey buraxmadın....
Bax inkar da etmirəm, içimdə hələ də qırıntıların var, amma söküb atıram bir-bir hamısını üreyimdən....
Mənə bəxş etmədiyin o sevgini başqasında axtarmağa gedirəm...
Geri dönüşüm olmayacaq...Nə sənə, nə də yoxluğunda özümü dörd divar arasına qapadıb dinlədiyim o mahnılara... Artıq onlar da səni anlatmayacaq mənə....
Oxuduğum kitablar da...
Bəli, haqlıydın..."Vazkeçərsən, unudarsan" deyirdin....
Deyirdin, çünki elə bir sevgiyə qarşılıq vermə gücünü heç bir zaman tapmadın özündə....
Çünki hələ bu cür - mənim səni sevdiyim kimi sevilmək necə olur görməmişdin....
Necə də bilirdin axı özünü...
Sənə bir təşəkkürü borc bilirəm bu həyatda....
Çünki çəkdirdiyin acılardan çox dərs aldım mən, təcrübə qazandım həyatımda...
Bax, səni sevdiyim qədər bir başqasını sevərəmmi bilmirəm, deyə bilmərəm...
Amma kimsə də səni mənim qədər sevməyəcək, sevə bilməyəcək... Bunu çox gözəl bilirəm....Sən də bilirsən....
Heç kimdə də məni tapmayacaqsan....
Bax, ömür boyu bu cür sevgiyə həsrət qalacaqsan...
Bunları sənə bir daha anlatmaq üçün yazmadım....Sadəcə içimdəki yanğının tamamən söndüyünü bil istədim...
Artıq mən bu şəhərdə sevdasını itirmiş o kiçik qız uşağını oynamıram...
Bu gün sondur, geriyə buraxdığın şeylərlə böyüdüm artıq...Bilirsən də ki yaxşı şeylər buraxmadın xatirimdə...
Verdiyin acıya,
Verə bilmədiyin sevgiyə,
Xəyalını başucuma qoyub da yuxusuz qaldığım gecələrə,
Acına şərik olub tökdüyüm gözyaşlarıma,
Və məndən aldığın her şeyə,
Hamısına xətt çəkirəm...
Amma heç birini də halal etmirəm sənə...
« Əvvəlki (4378 - 8032) Növbəti »
Yaradıldı: 18 Aprel 2017 Saat 23:08
Reytinq: 9
[ 1] [ 0]
Şərhlər
Blog | _KaYiP_PrEnSeS_ | _________________
Ana Sehife
Saytda: 17 & 146 Qaydalar
comp WEB Versiya