logo beyaz
Blog - Anam
Blog | _LoVE_PiNK_ | Anam
Ana haqqında yazılan şeirlərin, hekayə və povestlərin siyahısını tutmaq istədik. O qədər geniş bir mündəricə ilə rastlaşdıq ki, zəhmətimizin lüzumsuz olduğunu anladıq. Çünki əli qələm tutan hər kəs sanki anaya olan borcunu qəlbindən gələn lətafətli sözlərlə qaytarmaq istəyib. Hüseyn Cavid haqlı olaraq söyləyirdi ki, anasız nəinki övlad, millət belə yetimdir. Abdulla Şaiqin fikrincə ata ağıl, ana da coşqun ürəkdir. Bunun ikisinin bir yerdə olması isə bəxtəvərlikdir. Səməd Vurğun isə anasız həyatı zindan adlandırıb.
Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Yaşından-başından asılı olmayaraq laylalı günlərinə qayıdırsan. Ananın birinci rəmzi, onun iç dünyasını açan, portretini yaradan şirin laylalarıdır. Bəlkə də yeganə xalqıq ki, analarımız dünyaya gətirdiyi övladlarını layla ilə oxşayıb əzizləyiblər. Elə bizim muğamatımızın da, segahımızın da ilk notları ana laylalarından su içib. Gecənin sübhə qarışan o uzun və nəğməli yolu ana laylasıdır. Laylalar bizim ilk eşqimiz, fəxrimiz, qürurumuzdur. Hələ dünyanın adiliklərindən belə, xəbəri olmayan dilsiz körpələrin üzünə ilk təbəssümü gətirən də, onları sevindirən də, onlara xoş hisslər aşılayan da ana laylasıdır. Gecənin şirin yuxusu hamını öz cazibəsinə alıb aparanda səhərədək göz qırpmayan analar körpəsi şirin uyusun deyə beşik başında ayıq-sayıq dayanaraq layla deyir. Bu da bir ovqatdır. Əvvəlcə beşik başında analar, sonra isə beşikdəki yavrular böyüyüb vətən sərhədlərində torpağın, millətin və nəhayət, anaların keşiyini çəkir. Qəribə oxşarlıq və bağlılıqdır. Yer üzünün ilk əsgəri analardır! İlk himni də ana laylası!
Təmiz arzuların, saf ürəklərin,
Ən şirin səsidir ana laylası.
Vətənə, insana, həyata, sülhə,
Sevgi nəğməsidir ana laylası!
Elə bir bəstəkar, elə bir musiqiçi varmı ki, onun ana laylası tək möhtəşəm bir əsəri olsun?! Bütün mahnılardan artıq sevdiyimiz şirin bir nəğmədir ana laylası! Səsi ruhumuzu oyadar. Sanki bir rəssam fırçası ilə həyatın rəsmini çəkib ana laylası! Şair Əli Vəkilin qəribə bir epiteti var: "İlk ana Həvvadan yadigar qalan ana laylasıdır, ana laylası!" Bəlkə də buna görə ondakı şirinliyi, lətafəti ifadə etmək üçün yetər ki,
1 2 3 4 >
« Əvvəlki (4610 - 8032) Növbəti »
Yaradıldı: 9 Fevral 2017 Saat 13:21
Reytinq: 2
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _LoVE_PiNK_ | Anam
Ana Sehife
Saytda: 9 & 121 Qaydalar
comp WEB Versiya