logo beyaz
Blog - En uca Zirvedir ANA
Blog | _LoVE_PiNK_ | En uca Zirvedir ANA
Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar. Şifahi xalq ədəbiyyatında, folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca müqəddəs bir varlıq kimi vəsf olunub. Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır". Ana haqqında atalar sözləri də çoxdur. Bu müdrik fikirlərin məna çalarlarına diqqət yetirdikdə həyatın bütün rəngləri göz önündə canlanır: "Ana qəlbi kövrək olar", "Ana ürəyi, dağ çiçəyi", "Ana səbri böyükdür", "Ana qəlbinə toxunmaq olmaz", "Ana haqqı, Tanrı haqqı", "Anadan artıq yavər olmaz", "Analı qızın işi görünər, anasız qızın dişi", "Analı qızın özü böyüyər, anasız qızın sözü". Hətta biri bəladan, ölümdən, qəzadan qurtulanda deyərlər: "Anası namaz üstə imiş".
"Kitabi-Dədə Qorqud"dan başlamış Nizaminin, Füzulinin, Xaqaninin və onlardan sonra gələn şair və yazıçıların yaradıcılığında ana mövzusu xüsusi yer tutub. Əfzələddin Xaqani anasının tərifini olduqca mənalı və təsirli qələmə alıb: "Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bu şöhrəti". Məhz ananın duaları ilə iqbalının güldüyünü dilə gətirən böyük şair çox inamla, qüdrətlə bəyan edib: "Mən bütün qüvvətli düşmənlərimin yolunu ona görə kəsə bildim ki, zəif bir qarıdan (anasını nəzərdə tuturdu) qolum güc almışdı". Nizami Gəncəvinin də mərdlər yetirən, igidlər bəsləyən, Nüşabələr doğan analar haqqında söylədiyi bir fikir 800 ildən artıqdır ki, dillər əzbərinə çevrilib: "Aslanın erkəyi, dişisi olmaz". Mirzə Ələkbər Sabir də həmişə böyük ustalıqla təsdiqləyirdi ki, elmli ananın övladı kamil olar. Məmmədhüseyn Şəhriyar isə söyləyirdi ki, "...biz min aləmin yaradıcısı olsaq da, bizim hər birimizi ana yaratmış". Söz ustadlarından biri Nigar Rəfibəyli - özü də sevimli ana olan bu şairə-qadın ana-bala məhəbbətini dünyanın arzuları, insanlığın baharı adlandırırdı. Hətta elə şeirlər var ki, sanki nəsillər
1 2 >
« Əvvəlki (4611 - 8032) Növbəti »
Yaradıldı: 9 Fevral 2017 Saat 00:46
Reytinq: 4
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _LoVE_PiNK_ | En uca Zirvedir ANA
Ana Sehife
Saytda: 18 & 146 Qaydalar
comp WEB Versiya