logo beyaz
Blog - _____
Blog | _KaYiP_PrEnSeS_ | _____
Bugün mənim üçün çox yaxşı bir şey oldu. Bu qədər tez olacağını düşünməmişdim amma özüm də hiss etmədən olubmuş. Bugün onu gördüyümdə heç bir şey hiss etmədim. Düzdü qəlbimdə bitirdiyimi bilirdim. Amma yenə də çox az bir nöqtə boyda belə ümid var idi. Yenə də bəlkə deyirdim. Əmin deyildim heç nədən. Amma bugün tam əmin oldum. Məgərsə mən onu çoxdan bitirmişəmmiş. Xatirələrmiş mənə izn vermiyən,onu hər an mənə xatırladan. Artıq xatirələrin də bir önəmi yoxdu. Çox sevindim. Heç zaman birinə bağlı qalmaq istəməmişəm. Və bundan qorxurdum. Unuda bilməməkdən onun hər zaman bir kölgə kimi ağlımda,ürəyimdə olacağından qorxurdum. Sevmirəm desəm böyük danışmış olaram. Tamamilə deyildə qismən. Ona nifrət etmirəm. Çünki nifrət edəcək səbəblərim yoxdu. Mən onsuzluğa alışmışam. Və artıq onu yanımda,həyatımda istəmirəm. Bugün bir daha əmin oldum ki, mən onu qəlbimdə bitirmişəm. Bir qaranlıq otağa bağlayıb açarını dibi görünməyən ucsuz-bucaqsız quyuya atmışam. Bir daha geri dönməyim deyə. Və mən bir şeyi daha anladım. İnsan öz yarını tapmalıdı. Biz həqiqətən də fərqli insanlar idik. Həmişə filmlərdə "biz ayrı dünyaların insanıyıq. Ayrılmalıyıq" sözləri həmişə mənə qəribə gələrdi. Sevirsənsə aranızdakı fərq nə olur olsun aşa bilərsən deyirdim. Amma elə deyilmiş. Həqiqətən də insan özünə uyğun birini tapmalıdı. Söhbət burada yaraşıqlı olmasından və yaxud da ailəsindən getmir. Sadəcə bir-biriylə eyni dili danışanlardan gedir. Bir-birini heç anlamayan cütlük nə qədər zaman xoşbəxt olar bilər ki? Çox az.Əgər sən onun hiss etdiklərini hiss etmirsənsə;bir şey olduqda ondan öncə onun nə reaksiya verəcəyini bilmirsənsə deməli qarşındakını çox da yaxşı tanımırsan. Bir hadisə baş verir. Onun üçün çox ağır bir hadisədir. Və sən onun nə hiss etdiklərini bilmirsən. Ona boş ver nədiki deyirsən. O insanın halını bir düşünün. Dəyər verdiyi, sevdiyi insan belə onu anlamazkən başqa kim anlasın ki. Siz onun nələr hiss edəcəyini təxmin edərək ona dəstək olmalısız. Boş ver həyatdı demək dəstək olmaq deyil. Onun
1 2 >
« Əvvəlki (4675 - 8033) Növbəti »
Yaradıldı: 20 Yanvar 2017 Saat 19:43
Reytinq: 6
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | _KaYiP_PrEnSeS_ | _____
Ana Sehife
Saytda: 15 & 72 Qaydalar
comp WEB Versiya