logo beyaz
Blog - qarşıma çıxdın
Blog | Парень_С_Характером | qarşıma çıxdın
,
Haradan gəlirsən vaxtsız, vədəsiz.
Nədəndir bu qədər dərdlisən belə,
Qızarıb allandın görüşəndə biz.
Gözümdə qaynadı qəmin buludu,
Bilmədim mələksən, yoxsa pərisən,
Qəlbimdə qaladın atəşi, odu
Bilmədim haranın bəxtəvərisən.
Səsindən çağladı yazın selləri,
Nazından dodağın bala bələndi.
Geriyə qaytardın ötən illəri,
Başıma dağların qarı ələndi.
Nə bilim dərdlərim qoyulub dəmə,
Həsrəin varısan, qəmin barısan.
Nə bilim əsirsən dərdə, ələmə
Nə bilim bəxtindən yarımamısan.
Yanağın allandı al şüşə kimi,
Qorxdum ki, qan sızar telini çəksən.
Şaxtada qovrulan bənövşə kimi,
Duruşu kədərli, boynu büküksən.
Qisməti qəm olmur hər məhəbbətin,
Dərdini, qəmini, gətirmə dilə.
Yoluna çıxacaq öz səadətin,
Qarşıda nə qədər ömür var hələ.
Çay yerə vurğundur, buludlar göyə,
Bu dünya dirəksiz, tavansız evdir.
Ürəyin kimsəsiz qalmasın deyə,
Birin sev, özünü birinə sevdir.
« Əvvəlki (4673 - 8032) Növbəti »
Yaradıldı: 22 Yanvar 2017 Saat 00:10
Reytinq: 10
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Парень_С_Характером | qarşıma çıxdın
Ana Sehife
Saytda: 5 & 211 Qaydalar
comp WEB Versiya