logo beyaz
Blog - ANa
Blog | | ANa
Pək çocuqdum yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömrüm gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!
Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, ah gözlərim həp səni bəklər,
Bax övladın nasıl giryandır, ana!
Sən bir günəş idin, doğdun da batdın,
Yazıq övladını qəmlərə atdın.
Bir cavab ver, hankı murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə* öpməki stərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəllim ah ilə fəğandır, ana!
« Əvvəlki (4943 - 8032) Növbəti »
Yaradıldı: 5 Noyabr 2016 Saat 10:56
Reytinq: 15
[ 3] [ 0]
Şərhlər
Blog | | ANa
Ana Sehife
Saytda: 27 & 196 Qaydalar
comp WEB Versiya