logo beyaz
Blog - Atamin sozleri
Blog | Khamberoff | Atamin sozleri
İlk dəfə siqaret çəkdiyimi çöldə dostlarımın yanında görmüşdü atam. Dostlarımın yanında birşey deyib, qürurumu sındırmıyacaq qədər adam idi. Qorxudan günlərcə evə getməmişdim. Birgün getdim yemək yeyirdik. Qabağında büzülüb oturmuşdum. Balkona keçib, Anamnan məni çağırmasını istəmişdi. Bəzi atalar uşaqlarına çox uzaq olar. Ortada sözü deyən Ana olar. Balkona çıxdı. İlk dəfə saçlarımı sığallamışdı. Elə son sığallayışıda o olmuşdu. İndiyə kimi yaddan çıxarmaram dediklərini, indi tam başa düşürəm.
Bunları demişdi mənə:
"Bəzən ümüd, bəzən yıxılış, bəzəndə yox oluşdur siqaret. Sənə zərər verdiyini bilə-bilə çəkərsən. Sən bir vaxtdan sonra onu buraxmağa çalışarsan, bu dəfə də o səni buraxmaz. Zamanı gələndə daha yaxşı başa düşəcəksən dediklərimi. İndi yeməkdən sonra ləzzət edir deyə çəkərsən, yanından keçən qıza özüvü göstərmək üçün çəkərsən. Amma bir zaman gələr, başlıyar xəyal qırıqlıqların o vaxt dərddən çəkərsən. İndi dizlərin qanasa Anavın qucağına qaçıb, sarılassan. Amma bir vaxt gələcək, bu zəhrimardan başqa sarıldığın kimsə olmuyacaq. Zaman keçdikcə tək yoldaşın, arxa cibində unutduğun əzilmiş paket olacaq çünki. Boş bildiyin paketdə əzik bir siqaret qaldığını gördüyündə, ümüdlərivi sevəcəksən. Sağlığa zərərli, amma ruha faydalıdır unutma. Külqabıya çəkdiyin siqaretlər sığmadıqda, başa düşəcəksən bu dünyaya aid olmaq istəmədiyivi. İllər sonra güzgüyə baxdıqda, bir siqaret kimi yavaş-yavaş əridiyivi görəcəksən. İndi sənə çəkmə zərərlidir desəm yaxşı ata olacam, amma ata yalan söyləməz. Anan görməsin çəkdiyivi. İndi get yat, birdə saçlarıvı qız kimi uzatma"
Atamın mənə bu həyatda verdiyi tək ağıl idi, üstəlikdə saçlarımı sığallamışdı. Buda həyatımda heç vaxt unuda bilmiyəcəyim hadisələrdən biri olmuşdu..
« Əvvəlki (4945 - 8033) Növbəti »
Yaradıldı: 5 Noyabr 2016 Saat 03:40
Reytinq: 9
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Khamberoff | Atamin sozleri
Ana Sehife
Saytda: 6 & 100 Qaydalar
comp WEB Versiya