logo beyaz
Blog - unut meni
Blog | | unut meni
Unut məni dedim sənə,
Birdəfəlik sil yadından.
Sanma ötən günlər dönə,
Çıxar məni həyatından!
Sənsiz dərdə,qəmə batdım,
Şərbətimə zəhər qatdım,
Şəklimizi cırıb atdım,
Çıxar məni həyatından!
Eşqi bəla sanmayırdıq,
Eşqimizi danmayırdıq,
Uşaq idik qanmayırdıq,
Çıxar məni həyatından!
Ötən günlər dönməz geri,
Köz üstəyəm diri-diri,
Sus!
Danışma!
Dinmə!
Kiri!
Çıxar məni həyatından!
Gəl üzməyək özümüzü,
Kor etməyək gözümüzü,
Qızartmayaq üzümüzü,
Çıxar məni həyatından!
Çıxar məni həyatından!
« Əvvəlki (5269 - 8032) Növbəti »
Yaradıldı: 28 Iyun 2016 Saat 07:44
Reytinq: 7
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | | unut meni
Ana Sehife
Saytda: 18 & 177 Qaydalar
comp WEB Versiya