logo beyaz
Blog - qadinlar
Blog | ^EHLIBEYID_AWIQIYEM^ | qadinlar
Qadınları sevin. Üstündən yemək qoxusu gələnləri,makiyaj üçün zamanı olmayanları deyirəm, sevin.
Bazarlığını edib, əziyyətini çəkib, yemək bişirən,
sonra sənin bir kəlimə "çox dadlıdır" sözünə əriyən
qadınlardan danışıram, onları sevin. Sən yemisənmi ana soruşsan, "məni iyi tutdu" deyən qadınları deyirəm, sevin. Bir sorğu aparılmış. "Uşaq
doğularkən, öləcəyinizi bilsəniz o uşağı yenə də doğarsınızmı?" Kişilər; yox, qadınım yaşasın,
qadınlarsa uşağım yaşasın demiş, qadınları sevin. Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə "bunu qızıma cehiz qoşaram" deyən qadınları deyirəm, sevin. Kişilərin
iş rejimi dəyişməz. 9 da başlayar, 7 civarında bitər.
Nə gecəsi, nə də gündüzü olar qadınların. Bunun baxçası var, bunun məktəbi var, bunun təmiz əyni-başı var, bunun valideynlər iclasında insan üzünə çıxması var, qadınları sevin. Kişilər qürur küpüdürlər biruzə verməzlər. Bunun neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra, başqa
bir evə gözü yaşlı gəlin yola salmağı var, qadınları sevin. Evindən buraxmaqla bitdimi? O evə az qala gündə iki dəfə zəng edib qızım nəyin var, nəyin yox
deməsi var. Filanca şeyim əksik deyərmi qızlar? Həyatı boyu. "Burda hər şey çox yaxşıdı ana." Çox nadir dilə gətirərlər qadınlar hansısa bir çatışmamazlıqlarını, qadınları sevin. Elə bir sevin ki, onlar ana qucağını sizə dəyişdiklərinə peşman olmasınlar. Qadınları sevin, sevməsəniz də özünüz
bilərsiniz. Onlar yenə də sizi sevəcəklər.
« Əvvəlki (5271 - 8033) Növbəti »
Yaradıldı: 27 Iyun 2016 Saat 23:47
Reytinq: 7
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | ^EHLIBEYID_AWIQIYEM^ | qadinlar
Ana Sehife
Saytda: 14 & 78 Qaydalar
comp WEB Versiya