logo beyaz
Blog - baba punhan
Blog | седой | baba punhan
Sözümü salma yerə, çıxdı dilimdən al apar,
Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.
Bəhərin kalı dəyər, kal adamın halı fəna
Ki, onun dəyməyini gözləmə, yarəb, kal apar.
Bilməyirsənmi acından səsi çıxmır bu elin,
Bacarırsansa çalış sən də yeşikdən xal apar. Fəqirin düş canına, gizlicə yan al yanına,
Cibinə nəşəni bas, düş bu xəyala dal apar.
Xanımın şalvaruvu geydi, yol açdı Dubaya,
Başuva bağlamaq üçün, xanımından şal apar.
Vətənim də, bədənim də, belə qurbandı Cona,
Demişəm yüz yol ona, gəl yaşa bizdə, qal apar. Dəvə nalbəndə baxan tək, nə baxırsan üzümə?
Atovun dalına mindin, gəl atonçun nal apar.
Bu müsəlmançılığı pozma, qısa saçlar ilə,
Hörük istərsən əgər, yallı atımdan yol apar.
Arımı, qeyrətimi indicə satdım, mən ölüm!
Paqonum qaldı, onu, torbaya bir şey sal apar. Vətənim varlı gəlin, cer-cehizi qarə qızıl,
Pulunu nəqd elə, gəl «Vağzalı» üstə çal apar.
Acı dərmantək, acı söz də sağaldar adamı,
Pünhanın haqqı deyən, zəhr dilindən bal apar.
« Əvvəlki (5445 - 8032) Növbəti »
Yaradıldı: 8 Iyun 2016 Saat 19:42
Reytinq: 2
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | baba punhan
Ana Sehife
Saytda: 20 & 108 Qaydalar
comp WEB Versiya