logo beyaz
Blog - imkanina biq qoz
Blog | седой | imkanina biq qoz
İmkanına bir qoz
Ey çərxi-fələk,bir belə dövranına bir qoz,
Şeytan oturan çərxi dəyirmanına bir qoz.
Bir qoz ala bilmirsə əgər bir qıza oğlan,
Evlənməyə hazırlaşan oğlanına bir qoz.
Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz, Qozandı fəqir üstünə, vicdanına bir qoz.
Vardı birisi, qaçdı, qozundan tozu qaldı,
Vartansifət imiş o da, Vartanına bir qoz.
İmkanın əgər var kasıba qaçqına əl tut,
Tutmursan əgər bir belə imkanına bir qoz.
Yollarda kəsib qurbanı əl altdan əritdi, Bir böylə qoyun bəndənin ehsanına bir qoz.
Ey erməni, bir damcı əgər qeyrətə gəlsək,
Mütləq qoyarıq, şəhri-İrəvanına bir qoz.
Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün,
Ellər deməsin, böylə qəzəlxanına bir qoz.
« Əvvəlki (5446 - 8032) Növbəti »
Yaradıldı: 8 Iyun 2016 Saat 19:39
Reytinq: 5
[ 0] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | imkanina biq qoz
Ana Sehife
Saytda: 9 & 209 Qaydalar
comp WEB Versiya