logo beyaz
Blog - Mamuka
Blog | Samin_R | Mamuka
İlham pərisi
Uzaqda yaranan xəyallarmələyini heç cür tutmaq olmur. Belə qadınlar kişiləri ilhamlandırır. Xüsusilə də belə qadınlar yaradıcı insanları maraqlandırır. Belə qadının diqqətinə, sevgisinə asanlıqla nail olmaq olsa da, onlar sirli qalmağı bacarır. İlham pərisi tipinə aid olan qadınların sanki bir hissəsi başqa dünyada, çox uzaqlarda uçur və bu uzaqda yaranan xəyallar mələyini heç cür tutmaq olmur. Elə bu cəhət də bir çox rəssamları, şairləri cəzb edir.
Onlar bu harasa uçub gedən gözəlliyi tutmaq istəyir, amma bu çox qısa müddət ərzində mümkün olur. Və ilham pərisi yenə də mələk kimi uçaraq reallıqdan uzaqlaşır. Bu qadın tipinə misal olaraq rəssam Salvador Dalinin həyat yoldaşı və ilham pərisi olan Qalanı göstərmək olar.
Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar çox xoşbəxt olacaqlar.
Gözəl xanım
Sadalanan qadın tiplərindən fərqli olaraq bu qadınlar gözəl olur və öz gözəlliyini dərk edirlər. Bu qadınlar məhz gözəl olduqlarını bildikləri üçün sakit və təmkinli olur. Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar, çox xoşbəxt olacaqlar. Adətən gözəl xanımlara müxtəlif kişilər maraq göstərir. Əksər hallarda kişilər belə qadınlarla ailə həyatı qurmağı arzulayırlar.
Romantik qadın
Sirli qalan bu qadınlar gözəl və ya sadəcə baxımlı ola bilərlər. Bu tipə aid olan qadınlar gözəl olsalar belə öz gözəlliyini anlamırlar. Məhz bu cəhət də onları maraqlı edir. Belə ki, kişilər hiss edir ki, belə qadınlar özlərinə əmin deyillər və onlara nə qədər gözəl olduqlarını sübut etmək istəyirlər.
Şıltaq qız
Bu tip xanımlar yeniyetmələr kimi özünü aparır. Onlar yeniyetmələr kimi geyinməyə də üstünlük verir. Bu xanımlar şıltaq və sadəlövh olurlar. Şıltaq qız tipinə aid olan qadınlar üçün hər şey maraqlı gəlir. Onlar sanki hər şeyi özləri üçün yeni kəşf edirlər. Şəxsi münasibətlər zamanı belə qadınlar oynamağı, şıltaq olmağı, yeniliklər etməyi sevirlər. Bu qadınlar üçün kişi ilə münasibət oyundur. Amma onlar vampir qadınlar kimi qəddar və zülmkar deyillər. Kişilər belə qadınlarla münasibət qurmağa can atır. Belə ki,
1 2 >
« Əvvəlki (7032 - 8032) Növbəti »
Yaradıldı: 28 Noyabr 2014 Saat 17:05
Reytinq: 8
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Samin_R | Mamuka
Ana Sehife
Saytda: 6 & 148 Qaydalar
comp WEB Versiya