logo beyaz
Blog - Mamuka
Blog | Samin_R | Mamuka
Qızlar, səhv etməyin!
Deyirlər ki, qızlar minaaxtarana oxşayır. Cəmi bir dəfə səhv edir. İkinci dəfə üçün ona şans verilmir. Münasibətlər qurarkən ən çox buraxılan beş səhv haqqında söz açılır. Səmimi və təbii olsanız, ilk baxışdan anlaşıqsız görünən məsələlər də məqbul sayılar. Əsası odur ki, qarşı tərəfə xoş münasibətinizi göstərib səmimi hisslərinizi açıqlayasınız. Bir də unutmayın ki, öz sevginizlə istəklinizin zəhləsini aparmamalısmız. Tez-tez: «Mən səni sevirəm. ancaq sən...» sözlərini də deməyin. Beləliklə,
Səhv 1
Addımbaşı nəzarət
Müasir dövrdə kişilərin ən çox çəkindiyi, bəlkə də artıq «iyrəndiyi» bir şey mobil telefona səbəbsiz, dəqiqəbaşı gələn zəngdir: «Hardasan9», «Neynirsən?», «Niyə gec götürdün9». «Yanında kim var?»...
Yadda saxlayın: mobil telefon lazım olanda əlaqə saxlamaq, ya da çox vacib sözü çatdırmaq üçündür. Kişi yanında telefon gəzdirir, hər işə qarışan deyingən qadın yox...
Qadın etdiyi zəngin yerini və vaxtını bilməlidir. Yaxşı olar ki, ilk gündən əlaqə rejimini belə qurasınız: Mobil telefona gündə 3 dəfə zəng. Ümumi danışığı isə yalnız işdən sonra axşamlar evdə aparın. Kişidə sizə zəng etmək vərdişi yaradın.
Səhv 2
Gələcək ailə həyatı, toy və uşaqlar haqqında söhbət etmək
Ümumiyyətlə, bu mövzuda söhbətlər kişilərin "ən ağır həzm etdiyi" söhbətdir. Çünki oğlanlar qızla tanış olanda və ya nişanlısı ilə oturub söhbət edəndə yalnız bir şey haqda fikirləşir: görəsən o, necə qadındır'? Yataqda mənə uyğun gələcək, ya yox?
Onun ağlından belə keçmir ki, toyu hansı şadlıq sarayında keçirmək yaxşıdır, neçə uşağı olacaq, adlarını nə qoyacaqlar'?
Belə söhbətlər səni sevəni səndən uzaqlaşdıra, ərinin hisslərini isə soyuda bilər. Gözlə, nə vaxt lazım olsa, o zaman özü danışacaq.
Səhv 3
Xırdavatı və oyuncaqları xoşlamaq və evi xırda əşyalarla bəzəmək
Çox xanımlarımız evdə televizorun, mebelin, çarpayının üstünü böyüklü-kiçikli yumşaq oyuncaqlar, mənasız və gərəksiz suvenirlər, heykəlciklər, şəkillərlə bəzəyirlər. Hətta kişi bir də gözünü açıb görür ki, maşınının salonu oyuncaq dükanına dönüb. Əvvəl «təzəhəvəs» kişilər buna göz yuma bilər. Amma sonra… əsl əsəb partlayışı baş verəcək.
O, sizin xırda «cehizinizdən» və xırdaçı arvadından sözün əsl mənasında bezəcək. Hətta
1 2 >
« Əvvəlki (7033 - 8032) Növbəti »
Yaradıldı: 28 Noyabr 2014 Saat 17:03
Reytinq: 7
[ 1] [ 0]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | Samin_R | Mamuka
Ana Sehife
Saytda: 31 & 93 Qaydalar
comp WEB Versiya