lklər unudulmurmuş, deyirlər
Unutmaqçün sevmədim mən deyənlər.
Onlar bir xatirədir bilirlər
Eşq xətrinə sevib-sevilən kəslər.
Kimi dəli sevər, nə etsə belə
Görməzdən gələrək gülümsəyərlər.
Sevilən bilməz ki, bəs niyə belə
Aldanıb aldatdım deyə sanarlar
İlk baxışdan sevgi varmı? deyənlər.
Sevdiyini hər dəfə sən görəndə
Hər dəfə sevərək baxmamısansa
Hər dəfə qəlbində çılğın dalğalar
Sahilə vuraraq coşmursa əgər
Demək sevməmisən,Sevgi yox demə
Hər gün yeni başdan Sevdiyim yox de...
O kəslər ki, sevgini məhv eyləyir,
O kəslər ki, bilmir qədrin, qiymətin.
Qaranlıq dünyamı, aylı gecəmi
Kirlətmədən getsinlər həyatımdan.
Anlayana qaranlığım, həyatım
Yanlız kimsə, qaranlığıma xoş gəldin!
Bir ömürdə bir ümidə xoş gəldin...
Mən məni mən eyləyən, səndə səni sevmişdim.
O şirin gülüşünü, baxışını sevmişdim.
Gecə ayı sevəntək qaranlığa büründüm,
Hər gün sanki səssizcə sənə doğru süründüm.
Çox incitdin qəlbimi, varmıydı haqqın buna?
Hər gün bir başqa öldüm, dəydimi mənsiz sona?
Nə etmişdim sənə mən? Alışmaq çətin gəldi?
Bir ürəkdə candan çox sevilmək ağır gəldi?
Dəydimi yaşatdığın bir o qədər əzaba?
Dəydimi gözdən düşən barı bircə cüt yaşa?
Hər nə etsən bil, inan, mütləq çıxar qarşına
O gün çox deyəcəksən "Nə etdim?, Nə bu olan?
Çıxdım, bax, həyatından məmnunmusan, halından?
Sükut çökdü qəlbimə, bir qaranlıq, vahimə,
Söylə, indi sən özün çarəmisən dərdimə?
Yox, əsla! Sən ki, artıq sevdiyim sən deyilsən!
Mən səni sevər ikən bir az da mən qatmışdım.
Aynaya bax, sevdiyim, mənsiz gözəl deyilsən!
Qaraltdığın dünyama çıraq ola bilmədin,
Yenə deyirəm hərdən Qaranlığıma
Yaradıldı: 10 May 2020 Saat 12:49
Reytinq: -23
[ 3] [ 36]
mehsa (10 May 2020 Saat 21:05)
Gozel
Zaur_Dayı (10 May 2020 Saat 16:19)
Əlvida gedirəm aglama bəsdi,
Öz nəfsin yandirib kül etdi səni.
Son dəfə doyunca baxim üzünə,
Çətin ki, bir daha görərəm səni...
Əlvida deyirəm sənli illərə ,
Sevgimi məzara gömüb gedirəm.
Nümunə olmadin gənc nəsillərə ,
Islanmis şam kimi sönüb gedirəm...
Əlvida ay mənim ilk məhəbbətim,
Gedərkən alnindan öpmək istərəm.
Sən getdin yox oldu xoş səadətim,
Qaralmis qanimi tökmək istərəm...
Əlvida! Bir daha cixmam qarsina,
Hər yerdə axtarib gəzərsən məni.
Sevənlər dolanar hər gün başina,
Sən isə kənardan süzərsən məni...
Əlvida qəlbimin sağalmaz dərdi,
İlk görüş yerimiz düşdü yadima.
Ayriliq xəbəri nə pis xəbərdi,
O,görüş yeri də çatmir dadima