Zaur_Dayı (10 May 2020 Saat 16:20)
Əlvida gedirəm aglama bəsdi,
Öz nəfsin yandirib kül etdi səni.
Son dəfə doyunca baxim üzünə,
Çətin ki, bir daha görərəm səni...
Əlvida deyirəm sənli illərə ,
Sevgimi məzara gömüb gedirəm.
Nümunə olmadin gənc nəsillərə ,
Islanmis şam kimi sönüb gedirəm...
Əlvida ay mənim ilk məhəbbətim,
Gedərkən alnindan öpmək istərəm.
Sən getdin yox oldu xoş səadətim,
Qaralmis qanimi tökmək istərəm...
Əlvida! Bir daha cixmam qarsina,
Hər yerdə axtarib gəzərsən məni.
Sevənlər dolanar hər gün başina,
Sən isə kənardan süzərsən məni...
Əlvida qəlbimin sağalmaz dərdi,
İlk görüş yerimiz düşdü yadima.
Ayriliq xəbəri nə pis xəbərdi,
O,görüş yeri də çatmir dadima