logo beyaz
Blog - qum denesi
Blog | седой | qum denesi
Günün birində səhrada iki qum dənəsi
qarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzun
bir müddət çox yaxın olmuşlar. Bir-birlərini
yanlarında, canlarında olaraq sevməyi
öyrənmişlər. Və bir gün külək əsir, qum
dənələrindən birini yerində saxlayıb, digərini bir
az uzağa atır. Çox uzaq deyillərmiş, amma yenə
də bir-birilərini görə bilmirlərmiş. Sevgiləri isə
heç azalmamış, yenədə bir-birilərini sevməyə
davam etmişlər. Bir-birlərinə çatdıra bildikləri
səsləriylə, xəbərləriylə yaşayırlarmış və artıq
görmədən səsləri ilə sevməyi öyrənmişlər.
Bir gün biri digərinə «sevgimizin sonsuz olması
üçün eyni anda bir arzu arzulayaq» demiş. İkisi
də eyni anda bir arzu arzulamış və tam o anda
fırtına başlamış. Bu qovuşmamız sevgimizin
sonsuza qədər davam etməsi ola bilər deyə ikisi
də özlərini fırtınaya atmışlar. Gözlərini bağlayıb
fırtına dayandığında sevgilərinin yanında
olmasını arzulamışlar. Fırtına o qədər
qüvvətliymiş ki, o günə qədər illərcə yerlərindən
tərpənməyən qumlar belə başqa yerlərə
sovrulmuşlar.
Fırtına günlərlə davam etmiş, qum dənələri də
dayanmadan sovrulumuşlar. İkisində də bir
səbirsizlik baş qaldırmış. Fırtına dayanmamış əksinə
artırmış. Fırtına dayanmaq bilmədikcə onlar da
səbrlə sevməyi öyrənmişlər. Günlər keçmiş sonunda
fırtına dayanmış gözlərini açdıqlarında ikisi də
özlərini başqa aləmdə tapmışlar. Bu fırtınanın onları
birləşdirəcəyinə o qədər inanmışlar ki bir-birlərini
yanlarında tapa bilməyincə ürəklərində dərin bir
kədər hiss etmişlər və kədərlə sevməyi öyrənmişlər.
Özlərinə bir az gəldiklərində ikisi də bu fırtınayla
başqa-başqa yerlərə sovrulduqlarını anlamışlar. Bir
an ölmək istəmişlər, amma sonra bir-birlərini heç
görmədən, məsafələrə, maneələrə baxmayaraq
sevməyi öyrənmişlər.
"Əvvəlki kimi çağırsaq da səsimiz çatmaz ki bir-
birimizə" demişlər. İkisi də yeni yerlərində heç
kimlə danışmamışlar və illərcə susmuşlar. Hər zaman
yeni bir fırtına ümidiylə bir-birlərinə xəyanət
etmədən gözləmişlər. Beləcə ümidlə sevməyi
öyrənmişlər. İllər keçmiş amma sevgiləri heç
bitməmiş. Bir-birlərindən həmişə ümidli olaraq
yaşamışlar.
Bir gün ikisi də bir-birlərindən xəbərsiz eyni anda
gözlərini bağlamış və qovuşmaq üçün yenidən fırtına
çıxmasını arzulamışlar. Gözləmişlər, gözləmişlər
amma fırtına olmamış. Özlərini bütün mənlikləriylə
fırtınaya buraxmaq üçün olduqları yerdə dönmüş,
dayanmışlar amma hamısı hədərmiş kiçik bir külək
belə olmamış.Sonunda gözlərini açmışlar.
Sevdiklərinin, illərcə gözlədiklərinin tam qarşısında
dayandıqlarını görmüşlər və dərhal ikisi də illər
əvvəl arzuladıqları arzularını xatırlamışlar.
Sonunda anlamışlar ki, bir-birlərindən çox uzaqda
keçirdiklərini düşündüyü illəri əslində bir-birinin
yanında keçirmişlər. Arzularının qəbul olması üçün
illərin keçməsi lazım olduğunu öyrənmişlər çünki,
onlar sevməyi hər çətinliyi ilə öyrənməyi
arzulamışlar. Arzuları qəbul olmuş. Ümidlə, səbrlə,
1 2 >
« Əvvəlki (434 - 8032) Növbəti »
Yaradıldı: 27 Fevral 2020 Saat 15:08
Reytinq: -2
[ 0] [ 3]
Şərhlər
Şərh yazan hələ ki, olmayıb. İlk yazan sən ol.
Blog | седой | qum denesi
Ana Sehife
Saytda: 17 & 124 Qaydalar
comp WEB Versiya