logo beyaz
Blog - Mən də ən az sənin qədərəm.
Blog | ^ЦаЦа^ | Mən də ən az sənin qədərəm.
Küləyim və sən,
Əsəbim və mən,
Kədərli pəncərəm, kədərsiz sən.
Köklənmiş kamançayam mən,
Kamançanı bilməyən sən.
Ağlına gəlməyə də bilərəm,
Ağlıma gəlmədiyin qədər..
Heç vaxt oxunmadığım əzilən kitabam mən!
Əzbər bildiyim, təptəzə kitabsan sən.
Qəhrəman sən,
Şəhid mən!
Qafiyəyə düşmən mən,
Sərbəst yazammıram daha mən.
Daha dözüm də yoxdur bu kaftar qəlbimdə,
Daha sən də yoxsan cavan qalan gözlərimdə.
Nə illahdı bu dərd, qəm,
Nə Allahsan, nə bəndəsən,
Mən də ən az sənin qədərəm...
« Əvvəlki (491 - 8033) Növbəti »
Yaradıldı: 14 Dekabr 2019 Saat 21:37
Reytinq: 6
[ 4] [ 12]
Şərhlər
Blog | ^ЦаЦа^ | Mən də ən az sənin qədərəm.
Ana Sehife
Saytda: 17 & 139 Qaydalar
comp WEB Versiya